Nizamnamə

 

  1. PARTİYANIN ƏSAS TƏŞKİLATİ QURULUŞU

 

5.1. İlk partiya təşkilatının yaradılması ba­rə­də qərar azı üç nəfər HƏP üzvü iştirak etdiyi təsis yığıncağının qəbul etdiyi rayon (şəhər) təş­kilatlarının idarə heyəti tərəfin­dən təsdiq edilir.

5.2. Gender bərabərliyi  prinsipini  əsas tuta­raq, Partiyanın bütün seçkili kolle­gial orqan­larında yerlərin ən azı 1/3-nin qadınlar üçün ayrılmasını məqsədəuyğun sayır.

5.3. Partiya özəklərinin rayon (şəhər), Naxçıvan Muxtar Respublikası və təşkilat­la­rının seçkili orqanları 3 il, mərkəzi orqan­lar isə 5 il müddətinə seçilir;

Hər bir partiya orqanı lazım gəldikdə, özünün seçdiyi partiya orqanlarının səlahiy­yət müddəti bitməmiş onun ayrı - ayrı üzvlərinin və ya bütövlükdə orqanın yeni­dən seçilməsi məsələsini qoya bilər.

5.4. Partiyanın bütün seçkili orqanları, üzvlərinin 1/3-dən çoxu iştirak etdikdə səlahiyyətlidir və qərarlar sadə səs çoxluğu ilə qəbul edilir.

5.5. Partiyanın sədri, MNTK sədri, rayon (şəhər), Naxçıvan MR təşkilatlarının sədrləri və NTK sədrləri ardıcıl iki dəfədən artıq eyni vəzifəyə seçilə bilməz.

5.6. Rayon (şəhər) təşkilatı NTK üzv­ləri rayon (şəhər) idarə heyətinin üzvü, MNTK-nın üzvləri isə Ali Məclis üzvü ola bilməz.

5.7. Partiyanın təşkilat quruluşu Azər­bay­canın inzibati ərazi bölgüsünə uyğun olaraq ya­radılır və qurumların fəaliyyəti bu nizam­na­mə, eyni zamanda Ali Məclisin qə­bul etdiyi qə­rar­larla (əsasnamələrlə) forma­laşır (tənzimlənir).

5.8. Naxçıvan MR təşkilatlarının fəa­liy­yəti bu Nizamnamə və HƏP-in Ali Məc­lisi tərə­fin­dən qəbul edilmiş qərarlarla tən­zimlənir.

5.9. Bütövlükdə Bakı şəhərinə aid olan partiya məsələlərini partiyanın mərkəzi orqanla­rı həll edir.

5.10. Partiya Ali Məclisinin qərarı ilə HƏP-in Ağsaqqallar Şurası, Qadınlar Şu­rası, HƏP-in Gənclər Təşkilatı və s. yara­dılır, fəa­liy­yətləri də bu nizamnamə və Ali Məclis tərə­fin­dən qəbul edilmiş əsasna­mələrlə tənzimlənir.

5.11. İlk Partiya təşkilatının rəhbər orqa­nı ümumi yığıncaqdı;

  • ümumi yığıncaq 3 ayda bir dəfədən az olmayaraq keçirilir;
  • ilk iclas partiyada qeydiyyatda duran üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir;
  • qərarlar sadə səs çoxluğu ilə qəbul edi­lir;
  • növbədənkənar iclas qeydiyyatda olan üzvlərin 1/3-nin tələbi ilə və partiya təşkilatı sədrinin qərarı ilə çağırılır.

5.12. İlk partiya təşkilatının ümumi yı­ğıncağında təşkilatın işinə rəhbərlik etmək üçün sədr və onun müavinləri, 30 nəfərdən çox partiya üzvü olan təşkilatlarda isə idarə heyəti, sədr və sədrin müavinləri seçilir.

5.13. İnzibati ərazi bölgüsündə ilk par­tiya təşkilatları rayon (şəhər) təşkilatlarında birləşir.

5.14. Partiyanın rayon (şəhər) təşki­la­tı­nın Ali orqanı müəyyən olunmuş həddə əsa­sən ilk partiya təşkilatlarından seçilmiş nümayəndələ­rin iştirakı əsasında 3 (üç) ildə bir dəfə keçirilən konfransdır.

5.15. Partiya təşkilatının konfransa nü­ma­yəndəlik həddi rayon (şəhər) təşkilatı məclisində müəyyən edilir:

Hər bir partiya orqanı lazım gəldikdə, özünün seçdiyi partiya orqanlarının səlahiy­yət müddəti bitməmiş onun ayrı-ayrı üzv­lərinin və ya bütövlükdə orqanın yenidən (təzədən) seçilməsi məsələsini qoya bilər.

 

  1. PARTİYANIN ÖZƏKLƏRİ

 

6.1. Partiyanın özəkləri müvafiq ərazi­də fəaliyyət göstərən və ən azı 5 (beş) par­tiya üzvünü birləşdirən qurumdur.

6.2. Partiyanın özəkləri bir kənddə, qə­səbədə, şəhər məhəlləsində yaşayan, işləyən və ya təhsil alan partiya üzvlərindən ibarət olub rayon (şəhər) idarə heyətinin qərarı ilə yaradılır;

  • İdarə heyətinin qərarı ilə bir neçə yaxın yaşayış məntəqəsində yaşayan (işləyən) partiya üzvü bir özəkdə birləşdirilə bilər;
  • Partiyanın xarici ölkələrdə yaşayan üzv­ləri, həmin ölkənin qanunlarına zidd deyilsə idarə heyətinin razılığı ilə orada partiyanın özəyini yarada bilərlər.

6.3. Özəyin ali orqanı onun iki ayda bir dəfədən az olmayaraq çağırılan ümumi yı­ğın­cağıdır.

6.4. Özəyin ümumi yığıncağı:

  • Özək sədrini, sədrin müavinini, xə­zi­nə­darı seçir və onların hesabatını dinləyir;
  • Partiyaya daxil olmaq istəyənlərin əri­zə­sinə baxır və müvafiq qərar çıxarır;
  • Rayon (şəhər) təşkilatının konfransına nümayəndələr seçir;
  • Məntəqədə seçki komissiyasına nüma­yən­dələr barədə rayon (şəhər) idarə he­yətinə təkliflər verir.

6.5. Özək sədri öz vəzifəsinə görə ra­yon (şəhər) idarə heyətinin üzvüdür.

6.6. Özək sədri özəyin ümumi yı­ğın­ca­ğına sədrlik edir, özək sədri olmadıqda onun səlahiyyətlərini sədrin müavini həya­ta keçirir;

Partiya nizamnaməsini pozan özək və ya onun seçkili orqanları MTK-nın təqdi­ma­tı ilə ra­yon (şəhər) idarə heyəti tərə­fin­dən buraxıla bilər.

 

VII. PARTİYANIN RAYON (ŞƏHƏR) TƏŞKİLATLARI

 

7.1. Partiyanın rayon (şəhər) təşkilatı Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsünə uyğun olaraq müvafiq rayonun (şəhərin) ərazisindəki partiya özəklərini (par­ti­ya üzvlərini) birləşdirən orqandır;

  • Rayon (şəhər) təşkilatı idarə heyətinin qərarı ilə müvafiq ərazidə yaşayan (iş­lə­yən, təhsil alan) HƏP-in üzvlə­rin­dən yaradılır.

7.2. Rayon (şəhər) təşkilatının ali or­qa­nı üç (3) ildə bir dəfədən az olmayaraq ça­ğı­rılan ümumi yığıncaqlar, konfranslardır.

7.3. Ümumi yığıncaq yaxud konfrans ke­çirilməsi məsələsinin həlli, eləcə də kon­fransa nümayəndəlik norması və onun ke­çirilmə qaydası Ali Məclis tərəfindən təsdiq edilmiş təlimatla müəyyən edilir;

  • Rayon (şəhər) idarə heyətinin qərarı ilə növbədənkənar konfrans ancaq əvvəlki konfrans nümayəndələrindən ibarət tər­kib­də keçirilə bilər;
  • Yığıncaq (konfransın) sədarəti, katib­li­yi və bu orqanlar yığıncaq (konfrans) tərəfindən açıq səsvermə ilə seçilir.

7.4. Ümumi yığıncaq (konfrans):

  • Rayon (şəhər) idarə heyətinin özək səd­ri olmayan üzvlərini seçir;
  • Rayon (şəhər) təşkilatının sədrini seçir;
  • Rayon (şəhər) təşkilatı NTK-nm say tər­kibini müəyyən edir və NTK-nı se­çir;
  • Rayon (şəhər) idarə heyətinin və NTK-nın hesabatını dinləyir;
  • Partiyanın qurultayına nümayəndələr seçir.

7.5. Konfranslararası dövrdə partiyanın rayon (şəhər) təşkilatlarının fəaliyyətinə ra­yon (şəhər) idarə heyəti rəhbərlik edir;

  • Rayon (şəhər) idarə heyəti özək sədr­lərindən və ümumi yığıncaq (konfrans) tərəfindən seçilmiş üzvlərdən ibarətdir;
  • Rayon (şəhər) təşkilatının sədri ida­rə heyətinin üzvüdür.

7.6. İdarə heyətinin iclasları ayda bir dəfədən az olmayaraq keçirilir;

İdarə heyətinin iclaslarına məsələlərin hazırlanmasını idarə heyəti həyata keçirir, iclasları rayon təşkilatının sədri idarə edir.

7.7. Rayon (şəhər) idarə heyəti:

  • İdarə heyətinin üzvlərindən rayon (şə­hər) təşkilatının sədri müavinlərini se­çir;
  • Özəklərin yeni seçilən sədrlərinin idarə heyəti (üzvü səlahiyyətlərini təsdiq edir;
  • Seçkili orqanların və vəzifəli şəxslərin istefasını qəbul edir;
  • İdarə heyətinin ümumi sayının yarıdan çoxunun razılığı ilə ciddi Nizamnamə pozuntusuna yol verən idarə heyəti üz­vünü, o cümlədən, sədri, NTK üzv­lərini müvafiq seçkili orqanlardan xaric edir və yığıncağın (konfransın) səlahiy­yə­ti­nə aid orqanlara müvəqqəti seçkilər keçirir;
  • Dairə və məntəqə seçki komissiyalarına nümayəndələr verir və ya bu barədə Ali Məclisə təkliflər verir.

7.8. İdarə heyəti öz səlahiyyətlərinin müəyyən hissəsini katibliyə həvalə edir.

Katiblik idarə heyətinin sədri və onun müavinlərindən ibarətdir.

7.9. Rayon (şəhər) təşkilatının katibliyi sərəncam verir və icraedici orqan olub, idarə heyə-tinin yığıncaqları arasındakı dövrdə təşkilatın fəaliyyətinə rəhbərlik edir.

7.10. Müavinlərin sayı partiyanın Ali Məc­lisi tərəfindən müəyyən edilir və hər bir müavin təşkilatın fəaliyyətinin müəyyən sahə­si­nə cavabdehdir;

  • Rayon (şəhər) təşkilatının sədri Parti­ya­nı təmsil edir;
  • Katibliyin işinə rəhbərlik edir, rayon (şə­hər) idarə heyətinin iclasını idarə edir;
  • Sədr öz səlahiyyətlərinin müəyyən his-səsini müavinlərdən birinə verə bilər.

7.11. NTK ərizə və şikayətlərə bir (1) ay ərzində cavab verir.

7.12. NTK öz tərkibindən komissiyanın sədrini seçir;

  • Komissiyanın sədri komissiyanı təmsil edir və onun iclaslarmı idarə edir.

7.13. Partiya Nizamnaməsinə əsasən rayon (şəhər) təşkilatı və ya onun seçkili orqanları MNTK-nın təqdimatı ilə Ali Məclis tərəfindən buraxıla bilər;

  • Bu halda Ali Məclis təşkilatın və ya onun orqanının bərpası qaydasını da müəyyən edir.

7.14. Partiyanın Nizamnaməsi və Proq­ramı çərçivəsində rayon (şəhər) təş­ki­lat­ları fəaliyyət müstəqilliyinə malikdir.

7.15. Xarici ölkələrdə yaşayan hər bir Azərbaycan vətəndaşı yaşadığı, işlədiyi, təhsil aldığı ölkədə HƏP-in üzvü ola bilər;

  • Bunun üçün həmin ölkənin ayrı - ayrı şəhərlərində yerli özəklər təsis edib, bir neçə özəyi özündə birləşdirən özək sədrlərinin səs verməsi ilə özlərinə sədr seçmək hüququna malikdirlər;
  • Seçilmiş sədr Ali Məclisin üzvüdür;
  • Partiyanın Ali orqanının bütün tədbir­lə­rinə virtual media üzərindən qatıla, fikir və təkliflərini çatdıra bilər;
  • Sədr yaşadığı xarici ölkəni tərk etdikdə sədrlikdən və HƏP-in Ali Məclisi üzvlüyündən istefa verir.

 

VIII. HƏP- in ALİ VƏ DİGƏR RƏHBƏR ORQANLARI

  • QURULTAY
  • ALİ MƏCLİS
  • İDARƏ HEYƏTİ

HƏP-in Ali rəhbər orqanı onun Qu­rul­tayı, digər rəhbər orqanları Qurultaylararası dövr üçün Ali Məclis, Ali Məclis arası dövr üçün İdarə Heyətidir.

8.1. Partiyanın Ali orqanı olan Qurul­tay 5 ildən bir Ali Məclis tərəfindən çağı­rı­lır;

  • Növbədənkənar Qurultaylar idarə he­yə­ti və rayon (şəhər) təşkilatlarının 1/5-nin, yaxud Ali Məclis üzvlərinin 1/3-nin, ya da partiyanın sədrinin təşəbbüsü ilə Ali Məc­lisin qərarı qəbul edildikdən sonra çağırılır;
  • Ali Məclisin Fövqəladə qurultay çağır­maq səlahiyyəti var;
  • Fövqəladə Qurultay 1 ay ərzində par­ti­ya­nın son qurultayı nümayəndələrindən ibarət tərkibdə çağırılır.

8.2. Qurultaya nümayəndəlik norması və onun keçirilmə qaydası Ali Məclis tərəfindən müəyyən edilir.

 

QURULTAY

  • Partiyanın Nizamnaməsini və Proq­ra­mını qəbul edir, onlarda dəyişiklik və əlavələr edir;
  • Partiyanın fəaliyyətinin əsas isti­qa­mət­lə­rini müəyyənləşdirir;
  • Ali Məclisin rayon (şəhər) təşkilatı səd­ri olmayan üzvlərini seçir;
  • Partiyanın sədrini  və  MNTK-nın  üzvlə­rini seçir;
  • Ali Məclisin, MNTK-nın və partiyanın di­gər mərkəzi seçkili orqanlarının hesabatını dinləyir;
  • Qurultayda qəbul edilmiş, qərarlar sadə səs çoxluğu ilə gizli və ya açıq səsvermə yolu ilə qəbul edilir.
  • Qurultay - seçilmiş nümayəndələrinin yarıdan çoxu iştrak etdikdə səlahyyətlidir.
  • Seçilmiş nümayəndələrin 1/3-nin razılığı ilə partiyanın fəaliyyətinə xitam verir;

 

ALİ MƏCLİS

  1. Qurultaylararası dövrdə partiyanın bütün fəaliyyətinə Ali Məclis rəhbərlik edir.
  2. Ali Məclis partiyanın rayon (şəhər), Naxçıvan MR, Qadınlar, Gənclər və digər xü­su­si statuslu təşkilatlarının sədrlərindən, onların sayından çox olmayan Qurultay tərəfindən seçilmiş üzvlərindən ibarətdir.
  3. PARTİYANIN SƏDRİ ALİ MƏCLİSİN ÜZVÜDÜR.
  4. Ali Məclis Qurultayın bu nizamnamədə göstərilən səlahiyyətlərinə aid məsələlərdən başqa partiyanın fəaliyyətinə dair bütün məsələləri həll edir.
  5. Ali Məclis üç (3) ayda bir dəfədən az olmayaraq iclaslarını keçirir;
  • Növbədənkənar iclas, Ali Məclisin səd­ri­nin, idarə heyəti, yaxud Ali Məclis üzv­lə­ri­nin yarıdan çoxunun, yaxud da rayon (şə­hər) təşkilatlarının 1/10-nin təşəbbüsü ilə bir həftə ərzində çağırılır.
  1. Öz üzvləri arasından idarə heyəti üzvlərini, Ali Məclisin sədrini, iki müavinini və komissiya sədrlərini seçir;
  • Partiya sədrinin təqdimatı ilə sədrin müavinlərini təsdiq edir.
  1. Rayon (şəhər) təşkilatlarında yeni seçi­lən sədrlərin Ali Məclis üzvü səlahiyyətini təs­diq edir.
  2. Seçkili mərkəzi orqanların və vəzifəli şəxslərin istefasını qəbul edir.

Ali Məclisin iclasları arası dövrdə vəzifəli şəxslərin istefasını İdarə Heyəti qəbul edir.

  1. Qurultayda seçilmiş şəxslər ciddi ni­zam­namə pozuntusuna yol verdikdə onları Ali Məclis üzvlərinin ümumi sayının yarıdan çoxu­nun razılığı ilə müvafiq seçkili orqanlardan xa­ric edir və Qurultayın səlahiyyətinə aid or­qan­lara eyni qayda ilə müvəqqəti seçkilər keçirir.
  2. Seçkili hakimiyyət orqanlarına nami­zədlər göstərir.
  3. Partiyanın İdarə Heyətinin strukturunu və ştat cədvəlini təsdiq edir.
  4. Ali Məclis Mərkəzi İcra Aparatı və komissiyaları yaradır.
  5. Ali Məclis partiyanın mətbuat orqan­la­rını və digər kütləvi informasiya vasitələrini təsis edə bilər.
  6. Ali Məclis səlahiyyətlərinin müəyyən hissəsini idarə heyətinə həvalə edə bilər.

 

İDARƏ HEYƏTİ

  1. 1. Ali Məclisin iclasları arasındakı dövrdə par­tiyanın fəaliyyətinə İdarə Heyəti rəhbərlik edir.
  2. İdarə Heyəti partiyanın sədrindən, Ali Məclisin sədrindən və Ali Məclisin müəyyən etdiyi sayda digər üzvlərdən ibarət olub Ali Məclisin səlahiyyətlərinə aid məsələlərdən başqa bütün məsələləri həll edir;
  3. İdarə heyətinin iş qaydasını onun özü müəyyən edir.

 

PARTİYANIN SƏDRİ

  • Partiyanı təmsil edir, müqavilələr və sazişlər imzalayır;
  • İdarə Heyətinin və müavinlərin işinə rəhbərlik edir;
  • Sədr Ali Məclisin növbədənkənar iclasla­rını çağırmaq hüququna malikdir;
  • Sədr öz məsləhət heyətini, müşavirliklərini yarada bilər.
  1. Partiyanın sədri öz səlahiyyətlərinin müəyyən hissəsini Ali Məclisin sədrinə və ya müavinlərdən birinə verə bilər.
  2. Sədr hər hansı səbəbdən öz vəzifəsini icra edə bilmədikdə, onun bütün səlahiy­yət­lə­rini Ali Məclisin sədri həyata keçirir.
  3. Partiyanın cari işlərinə rəhbərliyi və qərarların həyata keçirilməsinə nəzarəti sədrin başçılığı ilə müavinlər həyata keçirir.
  4. Müavinlərin hər biri partiyanın fəaliy­yətinin müəyyən sahəsinə rəhbərlik edir.
  5. HƏP Ali Məclisinin sədri seçilənə qədər partiyanın sədri Ali Məclisə rəhbərlik edir.

 

ALİ MƏCLİS SƏDRİ

  1. Ali Məclisin sədri Ali Məclisin və ko­mis­siyaların işinə rəhbərlik edir.
  2. MNTK-nın, Partiyanın seçkili orqan­la­rı­nın və üzvlərin fəaliyyətinin nizamnamə və proqrama uyğun olmasına, partiya intizamına əməl olunmasına nəzarət edir.
  3. 3. Şikayətlər əsasında və ya öz təşəbbüsü ilə təftiş və yoxlamalar aparır.
  4. 4. Aşkar edilən pozuntuları aradan qal­dır­maq və günahkar şəxslərə nizamnamədə nə­zər­də tutulmuş qaydada partiya cəzası verilməsi üçün müvafiq orqanlar qarşısında məsələ qal­dı­rır.

 

HƏP-in mərkəzi İcra Aparatı

HƏP Mərkəzi İcra Aparatının rəhbərinin namizədliyini partiyanın sədri təklif edir;

  • Mərkəzi İcra Aparatı partiyanın bütün təşkilat işlərinə birbaşa məsul və cavab­deh­dir; Müavinlər arasındakı iş bölgüsünü Aparatın rəhbəri müəyyən edir;
  • 5 nəfərdən ibarət ayrı-ayrı sahələr üzrə Apa­ratın rəhbərinin müavinlərini, Aparat rəhbəri təklif edir;
  • Partiyanın rəhbəri isə təsdiq edir.