HAQQ ƏDALƏT PARTİYASININ MÜSTƏQİLLİK GÜNÜ MÜNASİBƏTİLƏ BAYRAM TƏDBİRİ - 27.05.2023

       2023 - cü il may ayının 27-də Haqq Ədalət Partiyasının İdarə Heyətinin üzvləri geniş tərkibdə 28 May Müstəqillik Günü münasibətilə Azərbaycan Demokratik Respublikasının banisi Məhəmməd Əmin Rəsulzadənin Bakı şəhəri Novxanı kəndindəki abidəsini ziyarət etdilər, abidə önünə tər çiçəklər düzdülər.
Sonra, Novxanı kənd qəbirstanlığında M. Ə. Rəsulzadənin atası Axund Ələkbər Rəsulzadənin və onun ailə üzvlərinin məzarlarını ziyarət etdilər ruhlarına dualar oxudular.
       Tədbir iştirakçıları dövlətçiliyimizin inkişafı, suverenliyimizin möhkəmləndirilməsi və xalqımızın firavan həyatını təmin etmək üçün əllərindən gələni edəcəklərinə söz verdilər.
       Haqq Ədalət Partiyasının üzvləri adından 28 May Müstəqillik Günü münasibətilə hər kəsi ürəkdən təbrik edir, onlara ailə səadəti, cansağlığı və uğurlar arzulayırıq.