Təsis konfransı

Bu gün, 24 noyabr 2019-cu ildə, siyasi həmfikirlərimlə birlikdə toplantı keçirdik və yaratmaq istədiyimiz HAQQ ƏDALƏT PARTİYASININ təşkilat komitəsi barədə müzakirə apardıq.
Biz təşkilat komitəsinin üzvlərinin 15 nəfərdən ibarət olması barədə qərar qəbul etdik.
Səsvermə yolu ilə yekdilliklə Əli İnsanov Təşkilat Komitəsinin sədri, Rəşad Abbaslı isə katibi seçildilər.
Təşkilat komitəsinin üzvləri aşağıdakılardan ibarətdir :

1)  Əli İnsanov - sədr
2)  Eyvaz Əliyev - Beyləqan rayon Yeni Azərbaycan Partiyasının sabiq sədri, Beyləqan Rayon İcra Başçısının sabiq müavini.
3)  Oruc Muradov - (Fəxri üzv) Ukrayna Respublikası Xarkov şəhərində yaşayır, iqtisadçı, sahibkar, 1988-1990-cı illərdə Xalq Hərəkatının fəal üzvlərindən biri.
4)  Babək Adıgözəlov - Hüquqşünas, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının İdarə Heyətinin sabiq üzvü.
5)  Zaur Bayramoglu - Qazi, Qarabag Azadlıq Təşkilatının üzvü.
6)  Murad Muradov - İctimai fəal.
7)  Rəşad Abbaslı - Mühəndis,Təşkilat Komitəsinin katibi.
8)  Fərrux Binətzadə - Hüquqşünas, keçmiş polis zabiti.

İclasda partiyanın təsis konfransına qədər olan dövrdə görüləcək işlər barədə geniş müzakirə apardıq, partiyanın nizamnaməsi və proqramının yazılıb başa çatdırılması üçün tapşırıqlar verildi.