HƏP GƏNCLƏRİNİN TOPLANTISI - 15.02.2023

     2023-cü il fevral ayının 15-də HƏP-in Mərkəzi Qərargahında Gənclər Təşkilatının Məşvərət Məclisinin iclası keçirildi.
İclası giriş sözü ilə HƏP Gənclər Təşkilatının sədri Şahin Seyidov açdı. O, Gənclər Təşkilatı üçün qarşıda duran məsələlərdən danışdı. Daha sonra Məşvərət Məclisi gündəlikdə duran məsələlərin müzakirəsinə başladı.
     HƏP Gənclər Təşkilatının sədr müavini Səbinə İnsanovanın təklifi ilə Qardaş Türkiyədə baş vermiş zəlzələ qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
     Daha sonra isə HƏP Zaqatala Rayon Gənclər Təşkilatının sədri Nicat Salmanov Məşvərət Məclisinə təqdim edildi. O, öz növbəsində partiya tərəfindən ona göstərilmiş etimada görə təşəkkürünü bildirərək, üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələcəyini bildirdi.
     Daha sonra isə Məşvərət Məclisinə yeni üzv olmuş HƏP Xətai Rayon Gənclər Təşkilatının sədri Aynur xanım Süleymanova çıxış etdi. O da öz növbəsində    Haqq Ədalət Partiyasının Nizamnaməsinə uyğun olaraq çalışacağını qeyd edərək, daha da məsuliyyətli olacağını bildirdi.
     2022-ci ildə qəbul olunmuş 12 bənddən ibarət olan konsepsiya HƏP Xətai və Zaqatala Rayon Gənclər Təşkilatının sədrlərinə təqdim edildi. Konsepsiya müzakirəyə çıxarıldı, hər 2 rayonun Gənclər Təşkilatı sədrləri tərəfindən heç bir əlavə təkliflər olmadı və konsepsiya hər 2 Gənclər Təşkilatı sədrləri tərəfindən qəbul edildi.
     Daha sonra Məşvərət Məclisi gündəmdə olan problemlərə toxundu və hər bir kəs müxtəlif problemlərdən söhbət açdı.
Gənclər Təşkilatının, icrası 2023-cü ildə nəzərdə tutulmuş tədbirlər planı bölgüsü Məşvərət Məclisi üzvləri tərəfindən uğurla aparıldığı qeyd edildi və bununla əlaqədar olaraq, Məşvərət Məclisi üzvləri ayrı-ayrılıqda öz fikirlərini bildirdilər.