HƏP İDARƏ HEYƏTİNİN PARTİYANIN BAKI ŞƏHƏR TƏŞKİLATLARININ SƏDRLƏRİ İLƏ BİRGƏ MÜŞAVİRƏSİ - 19.01.2023

     19 yanvar 2023-cü il tarixdə HƏP Mərkəzi Qərargahında Bakı şəhərinin 12 rayon təşkilatı sədrlərinin iştirakı ilə geniş müşavirə keçirildi. Müşavirədə bu rayonlarda partiyanın təşkilatı işlərində yol verilən nöqsanlar və çatışmamazlıqlar ətraflı müzakirə olundu. Deyilənlərin tezliklə aradan qaldırılması üçün tapşırıqlar verildi və icra müddəti üçün vaxt təyin edildi.
     Siyasi Partiyalar haqqında qəbul olunmuş yeni qanun ətrafında danışıldı və partiyanın yenidən dövlət qeydiyyatından keçməsi üçün görüləcək işlər barədə tapşırıqlar verildi. HƏP Bakı şəhər təşkilatları sədrləri müzakirələrdə aktiv iştirak etdilər.