İRAN TERROR DÖVLƏTİ STATUSUNU TƏSDİQLƏMƏKDƏDİR ! - 27.01.2023-cü il.

HAQQ ƏDALƏT PARTİYASININ BƏYANATI !

   2023-cü il yanvarın 27-də, səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasının paytaxtı Tehran şəhərindəki səfirliyinə qarşı terror aktı törədilmişdir.
   Xain terror hücumu nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi qətlə yetirilmiş, səfirliyin mühafizə xidmətinin 2 əməkdaşı isə terroristi yaxalayarkən yaralanmışlar.
   Aparılan ilkin araşdırmalara görə terrorist "Kalaşnikov" avtomatı ilə silahlanmış İran vətəndaşıdır.
Çox acı həqiqətdir ki, son aylar İranın televiziya kanallarında ölkənin bəzi siyasətçiləri, fəaliyyəti bəlli olmayan vətəndaşları, hətta parlament deputatları və din xadimləri Azərbaycana qarşı aşırı təhdidlərlə çıxış edirdilər. Bəziləri isə Azərbaycan səfirliyinə hücum edəcəkləri ilə hədələyirdilər.
   HAQQ ƏDALƏT PARTİYASI bu təhlükəli çıxışları və bəyanatları eşidib qulaq ardına verən İran hakimiyyətini, ölkənin güc strukturlarının biganəliyi və məsuliyyətsizliklərinin elə özü cinayət əməli olduğunu bəyan edir və İran Dini Liderinindən qonşu suveren ölkəyə qarşı öz vətəndaşı tərəfindən törədilmiş bu çirkin düşmən əməlinə görə təkcə terroru törədəni deyil, bu çirkin əməlin təşkilatçıları və havadarları da aşkar olunub cəzalandırılmalarını tələb edirik.
Terror aktı nəticəsində həlak olmuş Şəhidimiz baş-leytenant Orxan Əsgərova Allahdan rəhmət diləyir, doğmalarına isə dərin hüznlə başsağlığı veririk. Yaralılarımıza tezliklə şəfa diləyirik.

    HƏP sədri Əli İnsanov.
    27 yanvar 2023 - cü il.