TÜRKİYƏDƏ AĞIR ZƏLZƏLƏ BAŞ VERİB.

Qardaş Türkiyənin Kahramanmaraş və ətrafındakı bölgələrdə 7,4 bal gücündə baş vermiş ağır zəlzələ nəticəsində çoxsaylı insan tələfatı, yaralılar və böyük dağıntılar var.
Aldığımız bu ağır, üzücü xəbər bizi çox kədərləndirdi.
Çətin günlərdə iki qardaş ölkənin bir - birinin yanında olmaq ənənəsinə sadiq qalaraq yenə də Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola salınmaq üzərədir.
Əlavə olaraq xüsusi təyyarə ilə böyük həcmdə yardımlar göndərilir.
Haqq Ədalət Partiyasının bütün üzvləri adından təbii fəlakət nəticəsində həlak olanlara Allahdan rəhmət, doğmalarına səbir diləyirik. Yaralılara tezliklə şəfa tapmalarını arzulayırıq.
 Başımız sağ olsun Türkiyə, həmişə səninləyik.
 HƏP sədri Əli İnsanov.
 6 fevral 2023 - cü il.