Nizamnamə və Proqram

HƏP-in fəaliyyət predmeti və məqsədi :

         Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət prinsiplərinin möhkəmləndirilməsi və müasir beynəlxalq münasibətlər sistemində layiqli yer tutması, sabit sosial yönümlü iqtisadiyyatın dinamik inkişafının təmin edilməsi, irqindən,etnik mənsubiyyətindən,dinindən,dilindən,cinsiyyətindən,əmlak vəziyyətindən,qulluq mövqeyindən,əqidəsindən asılı olmayaraq vətəndaşların hüquq və azadlıqlarının hərtərəfli və etibarlı müdafiəsinin təmin edilməsi, qanunçuluq,ictimai həmrəylik və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan vətəndaş cəmiyyətinin formalaşdırılması, Azərbaycanda yaşayan bütün xalqların ölkəmizin müstəqil dövlətçilik ideyaları məfkurəsi əsasında birləşdirilməsi.

      HƏP-in sədri  ƏLİ  İNSANOV

                                                

Haqq Ədalət Partiyasının ilk Nizamnaməsi 25 yanvar 2020-ci il tarixində Partiyanın Təsis Konfransında qəbul olunub, Partiyanın 9 dekabr 2023-cü ildə keçirilmiş Qurultayının qərarı ilə əlavə və düzəlişlər edilməklə yeni versiyada təsdiq edilmişdir.

16.12.2022-ci il tarixdən qüvvəyə minmiş “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Partiyanın 9 dekabr 2023-cü il tarixli növbədənkənar qurultayının qərarı ilə əlavə və düzəlişlər edilməklə hazırlanmış yeni versiyada

“HAQQ ƏDALƏT PARTİYASI”-nın  NİZAMNAMƏSİ VƏ  PROQRAMI

 

  1. ÜMUMİ MÜDDƏALAR

 

1.1. Haqq Ədalət Partiyası” (bundan sonra - Partiya) Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət və azad vətəndaş cəmiyyəti qurmaq məqsədilə irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsiyyətindən, mənsubiyyətindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən asılı olmayaraq Azərbaycan vətəndaşlarını ümumi siyasi ideya və məqsəd ətrafında birləşdirən, ölkənin siyasi həyatında iştirak edən qeyri-kommersiya hüquqi şəxsidir.

1.2. Partiya öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu, digər qanunvericilik aktları və bu Nizamnamə əsasında həyata keçirir.

1.3. Birləşmək, assosiasiyalar azadlığı, könüllülük, partiya üzvlərinin hüquq bərabərliyi, özünüidarə, qanunçuluq və aşkarlıq Partiyanın fəaliyyət prinsipləridir.

1.4. Partiyanın müstəqil balansı, üzərində adı yazılmış möhürü, ştampı, Azərbaycan Respublikasının banklarında hesablaşma hesabı və digər rekvizitləri vardır.

1.5. Partiya öz rəmzlərinə (emblem,  bayraq, vımpel və nişanlara) malikdir.

1.6. Partiyanın qısaldılmış adı – HƏP.

1.7. Partiyanın daimi fəaliyyət göstərən qərargahının olduğu yer Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti 192.    

 

  1.    PARTİYANIN MƏQSƏDİ

 

2.1. Partiyanın məqsədi Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət prinsiplərinin möhkəmləndirilməsi və müasir beynəlxalq münasibətlər sistemində layiqli yer tutması, sabit və sosialyönümlü iqtisadiyyatın dinamik inkişafının təmin edilməsi, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsiyyətindən, mənsubiyyətindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən asılı olmayaraq vətəndaşların hüquq və azadlıqlarının hərtərəfli və etibarlı müdafiəsinin təmin edilməsi, qanunçuluq, ictimai həmrəylik və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan vətəndaş cəmiyyətinin formalaşdırılması, Azərbaycanda yaşayan bütün xalqların ölkəmizin müstəqil dövlətçilik ideyaları məfkurəsi əsasında birləşdirilməsindən ibarətdir.                                            

2.2. Partiya zorakılığı, terrorizmi məqsədə çatma üsulu kimi pisləyir və öz fəaliyyətində Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq demokratik mübarizənin bütün formalarından istifadə edir.

                                  

 

 

 

 

III. PARTİYANIN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

 

3.1. Partiya aşağıdakı yolla siyasi fəaliyyət göstərir :

3.1.1. nizamnaməyə uyğun olaraq ictimai rəyin formalaşmasına təsir göstərmək;

3.1.2. öz üzvlərinin siyasi fəallığına rəvac vermək;

3.1.3. vətəndaşlar arasında siyasi maarifləndirmə işi aparmaq;

3.1.4. seçkilərdə və referendumlarda iştirak etmək;

3.1.5. seçkili dövlət və yerli özünüidarəetmə orqanlarına namizədlər irəli sürmək;

3.1.6. nizamnaməyə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericilik və icra hakimiyyəti orqanlarının fəaliyyətinə təsir göstərmək;

3.1.7. siyasi və sosial proqramlar hazırlamaq yolu ilə Azərbaycan Respublikasının daxili və xarici siyasətinin formalaşmasına təsir göstərmək;

3.1.8. siyasi partiyanın ictimai məsələlər ilə bağlı rəylərini dövlət və yerli özünüidarəetmə orqanlarına çatdırmaq.

 

  1. PARTİYANIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

 

4.1.Partiyanın öz məqsədlərinə uyğun olaraq aşağıdakı hüquqları var:

4.1.1.  ictimai fikrin formalaşmasına təsir göstərmək;

4.1.2.  azad surətdə öz fəaliyyəti haqqında məlumat yaymaq, öz baxışlarını, məqsəd və vəzifələrini təbliğ etmək;

4.1.3. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu və digər qanunlarla müəyyənləşdirilmiş qaydada dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının qərarlarının hazırlanmasında iştirak etmək;

4.1.4. seçkilərin, həmçinin ümumxalq səsverməsinin (referendumun) keçirilməsində iştirak etmək;

4.1.5. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, Azərbaycan Respublikası Prezidentinin və bələdiyyə seçkilərinin, həmçinin ümumxalq səsverməsinin (referendumun) keçirilməsində iştirakla bağlı Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə tutulmuş hüquqları həyata keçirmək;

4.1.6. hüquqi aktların layihələrini hazırlamaq və aidiyyəti üzrə təqdim etmək, həmçinin dövlət orqanları, yerli özünüidarəetmə orqanları tərəfindən hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək, hüquqi aktlarda dəyişiklik edilməsi, onların şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi ilə bağlı məsələ qaldırmaq;

4.1.7. ictimai həyatın müxtəlif məsələləri barədə təkliflərlə çıxış etmək, o cümlədən, dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarına müvafiq təkliflər irəli sürmək;

4.1.8. regional və ilkin təşkilatlarını qurmaq, onların yenidən təşkil olunması və ləğv olunması barədə qərar qəbul etmək;

 

 

4.1.9. Partiyanın məqsəd və vəzifələrinin həyata keçirilməsi üçün struktur bölmələrinə əmlak vermək;

4.1.10. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq toplantılar, mitinqlər, nümayişlər, yürüşlər, piketlər, konfranslar, görüşlər, müzakirələr və digər ictimai tədbirlər təşkil etmək və keçirmək;

4.1.11. mətbu nəşrlər təsis etmək;

4.1.12. dövlət və bələdiyyə kütləvi informasiya vasitələrindən istifadə etmək;

4.1.13. könüllülük əsasında birləşib siyasi bloklar, ittifaqlar və birliklər qurmaq;

4.1.14. xarici dövlətlərin siyasi partiyaları və ictimai birlikləri ilə əməkdaqşlıq etmək;

4.1.15. öz hüquqlarını müdafiə etmək və öz üzvlərinin qanuni maraqlarını təmsil etmək;

4.1.16. Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyənləşdirilmiş digər hüquqları həyata keçirmək.

  4.2. Partiyanın öz məqsədlərinə uyğun olaraq aşağıdakı vəzifələri var:

4.2.1. siyasi sabitliyin və qanunçuluğun möhkəmləndirilməsinə, iqtisadiyyatın dirçəldilməsinə, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsinə və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə yardım göstərilməsi;

4.2.2. liberal bazar iqtisadiyyatı islahatlarının keçirilməsində və demokratiyanın inkişaf etdirilməsində

maraqlı olan Azərbaycan Respublikası vətəndaşlarına siyasi dəstək vermək;

4.2.3. dövlət və cəmiyyətin inkişafına yönəlmiş proqramların hazırlanması və həyata keçirilməsində iştirak etmək.  

4.2.4. öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına, o cümlədən bu Nizamnaməyə və Partiyanın Proqramına əməl etmək;

4.2.5. səlahiyyətli orqanların nümayəndələrini Partiya, onun regional şöbələri və digər struktur bölmələri tərəfindən keçirilən tədbirlərə (o cümlədən qurultay, konfrans və ya ümumi yığıncaqlara) buraxmaq;

4.2.6. partiyanın üzvlərinin qeydiyyatını və reyestrini aparmaq;

4.2.7. “Siyasi Partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu və digər qanunvericilik aktları ilə müəyyən edilmiş sənədləri və məlumatları dövlət qeydiyyatı üçün aidiyyətli dövlət qurumuna təqdim etmək;

 4.2.8. qanunvericiliklə müəyyən olunmuş qaydada mühasibat uçotu aparmaq və müvafiq orqanlara hesabat təqdim etmək;

 4.2.9. qanunvericiliklə müəyyən olunmuş digər vəzifələri də həyata keçirmək.

 4.2.10. Partiya ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materiallarının hazırlanması və satışı istisna olmaqla, siyasi partiya sahibkarlıq fəaliyyətinin digər növləri ilə məşğul ola bilməz.

        

        

  1. PARTİYANIN ÜZVLƏRİ, ONLARIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

 

  1. Partiyaya üzvlüklə bağlı prosedurlar;

5.1.Partiyaya üzvlük fərdidir. Partiyaya üzvlük və üzvlüyü tərk etmək könüllüdür. Partiya üzvü digər siyasi partiyaların üzvü ola bilməz.

5.2. Partiyanın Mərkəzi İcra Aparatı tərəfindən hər bir  üzvünün qeydiyyatı aparılır və ümumi reyestrə daxil edilir. Artım, azalma və sairlə bağlı reyestrdə dəyişiklik edilir.

5.3. Partiyanın Nizamnaməsini və Proqramını qəbul edən 18 yaşına çatmış tam fəaliyyət qabiliyyətli Azərbaycan Respublikası vətəndaşları (“Siyasi Partiyalar haqqında” Azərbaycan Respublikasının qanununda nəzərdə tutulmuş şəxslər istisna olmaqla) Partiyanın üzvü ola bilərlər.

5.4. Şəxs Partiya üzvlüyünə qəbul olunmaq üçün Partiyanın yerli təşkilatına yazılı müraciət edir. Yerli təşkilat şəxsi Partiyanın Nizamnaməsi və Proqramı ilə tanış etdikdən sonra onun barəsində zəruri sənədləri Partiyanın Mərkəzi İcra Aparatına təqdim edir. Üzvlüyə qəbuletmə haqqında qərar Mərkəzi İcra Aparatı rəhbəri tərəfindən Partiyanın sədri ilə razılaşdırıldıqdan sonra qəbul edilir və Mərkəzi İcra Aparatı tərəfindən Partiya üzvünə onun Partiya mənsubiyyətini təsdiq edən üzvlük vəsiqəsi verilir.

 

 

5.5. Partiya üzvlüyündən çıxmaq istəyən üzv Partiyanın yerli təşkilatına yazılı müraciət edir. Yerli təşkilat üzv barədə zəruri sənədləri Partiyanın Mərkəzi İcra Aparatına təqdim edir. Üzvlükdən çıxma haqqında müraciət Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri tərəfindən təsdiq edilir. Reyestrdə dəyişiklik edilir. Üzvlükdən çıxan şəxs tərəfindən üzvlük vəsiqəsi Partiyanın yerli təşkilatına təhvil verilir.

5.6. Üzvlüyə qəbul olunmuş şəxs yalnız Partiyanın bir təşkilatında qeydiyyata alınır və Mərkəzi İcra Aparatının reyestrinə daxil edilir.

5.7. Üzvlük haqlarının məbləği və ödənilməsi qaydası partiyanın İdarə Heyəti tərəfindən müəyyən edilir.

5.8. Partiyanın siyasi xəttini bəyənən hər bir Azərbaycan Respublikasının vətəndaşı partiyanın təəssübkeşi hesab olunur.

5.9. Partiya üzvünün aşağıdakı hüquqları vardır:

5.9.1. Müvafiq qaydada Partiyanın orqanlarını seçmək və onlara seçilmək;

5.9.2. Partiyanın fəaliyyəti haqqında məlumat almaq, təkliflər vermək;

5.9.3. Partiyanın orqanlarına sual, sorğu, təklif, ərizə və şikayət ilə müraciət etmək və öz müraciətinə dair mahiyyəti üzrə cavab almaq;

5.9.4. Partiya orqanlarının (Qurultay istisna olmaqla) və bu Nizamnamənin VI fəsli ilə nəzərdə tutulmuş qurumların hərəkət və ya hərəkətsizliyindən Mərkəzi Nəzarət Təftiş Komissiyasına, Mərkəzi Nəzarət Təftiş Komissiyasının

hərəkət və ya hərəkətsizliyindən Qurultaya, Qurultayın hərəkət və ya hərəkətsizliyindən isə məhkəməyə şikayət vermək;

5.9.5. öz iradəsini sərbəst formada ifadə etmək;

5.9.6. Partiyadan cıxmaq;

5.9.7. qanunvericiliklə və bu Nizamnamə ilə müəyyən edilmiş digər hüquqlardan istifadə etmək;

5.10. Partiya üzvlüyünə aşağıdakı hallarda xitam verilir:

5.10.1. Partiya üzvünün Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə;

5.10.2. məhkəmənin qərarı ilə Partiya üzvü məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;

5.10.3. Partiya üzvlüyündən çıxdıqda və ya xaric olunduqda.

5.11. Partiyadan xaric olunma üçün aşağıdakılar əsas sayılır:

5.11.1. bu Nizamnamənin müddəalarını kobud pozan və Partiyanın nüfuzuna mühüm zərər vuran hərəkət və ya hərəkətsizlik etmək;

5.11.2. bir ildən çox müddət ərzində Partiyanın işində üzrsüz səbəbdən iştirak etməmək;

5.11.3. digər partiyaya üzv olduqda.

5.12. Nizamnamə tələblərini pozan və ya Partiyanın nüfuzuna zərər vuran Partiya üzvünə aşağıdakı intizam tənbeh tədbirləri tətbiq edilə bilər:

5.12.1. xəbərdarlıq;

 

5.12.2. töhmət;

5.12.3. Partiyada tutduğu seçkili və ya təyinatlı vəzifədən azad etmək;

5.12.4. Partiyadan xaric etmək;

5.12.5. İntizam tənbeh tədbirləri yerli təşkilatların təqdimatına əsasən İdarə Heyətinin qəbul etdiyi qərar əsasında tətbiq edilir. İntizam tənbeh tədbirləri haqqında qərardan bir ay ərzində Mərkəzi Nəzarət Təftiş Komissiyasına şikayət verilə bilər;

5.12.6. İntizam tənbehlərinin tətbiqi, qüvvədə olma müddəti və vaxtından tez götürülməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsi və digər qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilir.

5.13. Üzvlükdən xaric etmə haqqında qərarın qəbul edilməsi və ya üzvlükdən çıxmağa dair müraciətin təsdiqi üzvlükdən çıxma faktının Partiya tərəfindən qeydə alınması üçün əsasdır.

5.14. Yenidən təşkil olunan, ləğv edilən yerli təşkilatların üzvlərinin daha yaxın inzibati ərazi vahidlərində olan digər yerli təşkilatlarda qeydiyyatı məsələsi İdarə Heyətinin qəbul etdiyi qərar əsasında həll edilir.

 

  1. PARTİYANIN ORQANLARI

 

6.1. Partiyanın orqanları aşağıdakılardır:

6.1.1. Qurultay;

6.1.2. Partiyanın sədri;

6.1.3. İdarə Heyəti;

6.1.4. Mərkəzi Nəzarət Təftiş Komissiyası ;

6.1.5. Partiyanın strukturu;

6.1.5.1. Mərkəzi İcra Aparatı;

6.1.5.2. Ağsaqqalar Şurası;

6.1.5.3. Qadınlar Şurası;

6.1.5.4. Gənclər Birliyi;

6.1.5.5. Sosial və siyasi layihələrin hazırlanmasını həyata keçirən komissiyalar;

6.1.5.6. Yerli təşkilatlar daxildir.

 

VII. QURULTAY

 

7.1. Qurultay Partiyanın ali rəhbər orqanıdır. Qurultay nümayəndələri İdarə Heyəti tərəfindən müəyyən olunmuş təmsilçilik normasına uyğun olaraq seçilirlər.

7.2. Qurultay Partiyanın İdarə Heyəti tərəfindən beş ildə bir dəfədən az olmayaraq çağırılır. Partiyanın növbədənkənar Qurultayı İdarə Heyətinin qərarı, səlahiyyətlərində olan məsələlər çərçivəsində Mərkəzi Nəzarət Təftiş Komissiyasının qərarı və ya Partiya üzvlərinin ən azı üçdə iki hissəsinin müraciəti ilə çağırılır.

7.3. Qurultayın müstəsna səlahiyyətlərinə aşağıdakılar daxildir:

7.3.1. Partiyanın Nizamnaməsinin qəbul edilməsi, ona dəyişiklik və əlavələrin edilməsi;

7.3.2. Partiya Sədrinin seçilməsi və vaxtından əvvəl vəzifəsindən azad edilməsi;

7.3.3. İdarə Heyətinin, Mərkəzi Nəzarət Təftiş Komissiyasının say tərkibinin müəyyənləşdirilməsi;

7.3.4. Partiya Sədrinin təqdimatı əsasında İdarə Heyəti və Mərkəzi Nəzarət Təftiş Komissiyası  üzvlərinin, sədrinin və sədr müavininin beş il müddətinə seçilməsi və vaxtından əvvəl vəzifələrindən azad edilməsi;

7.3.5. Partiyanın yenidən təşkil olunması və ləğv edilməsi haqqında qərarın qəbul edilməsi;

7.3.6. Bu Nizamnamə ilə nəzərdə tutulmuş digər səlahiyyətlərin həyata keçirilməsi.

7.4. Qurultay nümayəndələrinin ən azı üçdə iki hissəsi iştirak etdikdə səlahiyyətli sayılır. Bu Nizamnamənin 7.3.1-ci və 7.3.5-ci yarımbəndlərində göstərilən məsələlərə dair qərarlar Qurultayda iştirak edən nümayəndələrin üçdə iki səs çoxluğu ilə, 7.3-cü bəndində nəzərdə tutulmuş digər məsələlərə dair qərarlar isə Qurultayda iştirak edən nümayəndələrin sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə forması (açıq və ya gizli səsvermə) Qurultay tərəfindən müəyyən edilir.

 

VIII. PARTİYANIN SƏDRİ

 

8.1. Partiyanın Sədri Partiyanın rəhbər orqanıdır və Partiyanın ali seçkili vəzifəli şəxsi sayılır. Partiyanın Sədri Partiyanın Qurultayında iştirak edən nümayəndələrin sadə səs çoxluğu (açıq səsvermə yolu) ilə seçilir. Partiya Sədrinin səlahiyyət müddəti 5 ildir (Partiya Sədrinin 5 il müddətinə seçilməsi tələbi bu Nizamnamə təsdiq edildikdən sonra seçilən Partiya Sədrinə şamil olunur). Səlahiyyət müddəti bitdikdə Partiyanın Sədri Qurultay tərəfindən yenidən seçilə bilər.

 

 

8.2. Partiya Sədrinin birinci müavini və müavinləri vardır. Partiya Sədri müavinlərini özü təyin edir.

8.3. Partiyanın Sədri:

8.3.1. Partiyanın fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirir, etibarnaməsiz Partiyanın adından hərəkət edir;

8.3.2. Partiyanın İdarə Heyətinə rəhbərlik edir;

8.3.3. Partiyanı ölkə daxilində və xaricdə təmsil edir;

8.3.4. Qurultayı açır, Qurultaya hesabat verir, İdarə Heyətinin iclaslarına sədrlik edir;

8.3.5. Partiyanın Mərkəzi İcra Aparatının strukturunu, həmçinin onun və yerli təşkilatların işçilərinin əmək haqlarını təsdiq edir;

8.3.6. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müvafiq şəxslərə etibarnamələr verir, partiya adından əlaqələr qurur, səlahiyyətləri çərçivəsində Partiyanın əmlakı və vəsaitləri üzərində sərəncam (bu Nizamnamənin 9.4.16-cı yarımbəndi nəzərə alınmaqla) verir;

8.3.7. Partiyanın İdarə Heyətinin, Mərkəzi Nəzarət Təftiş Komissiyasının, Ağsaqqalar Şurasının, Qadınlar Şurasının, Gənclər Birliyinin, Siyasi və sosial layihələrin hazırlanmasını həyata keçirən Komissiyaların növbədənkənar iclaslarını çağırır;

8.3.8. Partiyanın sədri özünün, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etməsi,

həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1.6-cı maddəsi ilə müəyyən edilmiş qaydada Mərkəzi Nəzarət Təftiş Komissiyasına təqdim edir;

8.3.9. bu Nizamnamə ilə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir.

8.4. Partiyanın Sədri bu Nizamnamənin 8.3-cü bəndində qeyd edilən səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini müavinlərinə həvalə edə bilər.

8.5. Partiyanın Sədri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.3-cü maddəsində müəyyən edilmiş vəzifələri yerinə yetirməyə borcludur. 

 

  1. IX. İDARƏ HEYƏTİ

 

9.1. İdarə Heyəti Partiyanın daimi fəaliyyət göstərən rəhbər orqanıdır. İdarə Heyətinin say tərkibi Qurultay tərəfindən müəyyənləşdirilir. İdarə Heyətinin üzvləri Qurultay tərəfindən Partiya Sədrinin təqdimatı əsasında beş il müddətinə seçilir və vaxtından əvvəl vəzifələrindən azad olunurlar. İdarə Heyətinin üzvləri ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərirlər.

9.2. İdarə Heyətini üzvlərdən tərk edən olarsa, İdarə Heyəti özü öz tərkibinə yeni üzvlər daxil etmək (kooptasiya) hüququna malikdir. İdarə Heyətinin İdarə Heyəti üzvlüyünə yeni üzvlərin daxil edilməsi barədə qərarı növbəti Qurultayda təsdiq edilməlidir.

9.3. Partiyanın Sədri vəzifəsinə görə eyni zamanda İdarə Heyətinin sədridir.

9.4. İdarə Heyəti:

9.4.1. növbəti və növbədənkənar Qurultay çağırır, Partiyanın yerli təşkilatlarının təmsilçilik normasını müəyyən edir, həmçinin fəaliyyəti barədə Qurultay qarşısında hesabat verir;

9.4.2.   Partiyanın Proqramını qəbul edir, ona dəyişiklik və əlavələr edir;

9.4.3. Partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyasının, Ağsaqqalar Şurasının, Gənclər Birliyinin, Qadınlar Şurasının və Komissiya sədrlərinin növbədənkənar iclaslarını çağırır;

9.4.4. Partiyanın Ağsaqqalar Şurasının və Qadınlar Şurasının fəaliyyətinə nəzarəti həyata keçirir və bu Nizamnamənin 12.8-ci bəndində nəzərdə tutulmuş halda onun qərarlarını ləğv edir;

9.4.5. Gənclər Birliyinin say tərkibini müəyyənləşdirir, Partiya Sədrinin təqdimatı əsasında Partiyanın Gənclər Birliyinin üzvlərini, sədrini və sədr müavinlərini beş il müddətinə seçir və vaxtından əvvəl vəzifələrindən azad edir, həmçinin Gənclər Birliyinin fəaliyyətinə nəzarəti həyata keçirir və bu Nizamnamənin 13.7-ci bəndində nəzərdə tutulmuş halda onun qərarlarını ləğv edir;

9.4.6. Komissiya sədrlərinin  say tərkibini müəyyənləşdirir, Partiya Sədrinin təqdimatı əsasında Partiyanın siyasi və sosial layihələrin hazırlanması üzrə komissiya  sədrini və sədr müavinlərini  seçir və vaxtından əvvəl vəzifələrindən

azad edir, həmçinin Komissiyanın fəaliyyətinə nəzarəti həyata keçirir;

9.4.7. Bu Nizamnaməyə uyğun olaraq Partiyanın yerli təşkilatlarının yaradılması, yenidən təşkil olunması və ləğv edilməsi haqqında qərarlar qəbul edir, yerli təşkilatların sədrlərini vəzifəyə təyin və vəzifədən azad edir, həmçinin yerli təşkilatların fəaliyyətinə nəzarəti həyata keçirir və bu Nizamnamənin 15.10-cu bəndində nəzərdə tutulmuş halda onların qərarlarını ləğv edir;

9.4.8. Partiyanın Ağsaqqalar Şurasının, Qadınlar Şurasının və Gənclər Birliyinin, Mərkəzi İcra Aparatının və yerli təşkilatlarının əsasnamələrini təsdiq edir;

9.4.9. Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Prezidentinin seçkiləri və Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər zamanı Partiyadan namizədləri irəli sürür;

9.4.10. yerli özünüidarəetmə orqanlarına seçkilər zamanı Partiyanın yerli təşkilatlarına namizədlər irəli sürməyə razılıq verir;

9.4.11. üzvlük biletinin formasını müəyyən edir;

9.4.12. üzvlük haqlarının məbləğini və ödənilməsi qaydasını müəyyən edir;

9.4.13. ölkənin və onun ayrı-ayrı bölgələrinin ictimai-siyasi həyatının mühüm məsələləri barədə Partiyanın mövqeyini əks etdirən bəyanatlar qəbul edir;

9.4.14. dövlət və yerli özünüidarəetmə orqanları, siyasi partiyalar, digər qurumlar ilə qarşılıqlı əlaqə qurur;

9.4.15. Partiyanın siyasi partiyalar və digər ictimai birliklərlə ittifaq (birlik) qurması barədə qərar qəbul edir;

9.4.16. Partiyanın kütləvi informasiya vasitələrinin təsis edilməsi barədə qərar qəbul edir;

9.4.17. Partiyanın əmlakının və vəsaitlərinin idarə edilməsi üzrə qərarlar qəbul edir;

9.4.18. bu Nizamnamənin 9.2-ci, 10.2-ci və 11.2-ci bəndlərində nəzərdə tutulmuş hallarda kooptasiya barədə qərar qəbul edir;

9.4.19. bu Nizamnamə ilə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir;

9.4.20. Partiyanın digər orqanlarının səlahiyyətlərinə aid edilməyən məsələləri həll edir.

9.5. İdarə Heyətinin iclasları İdarə Heyətinin müəyyən etdiyi müddətdə  keçirilir. İdarə Heyətinin növbədənkənar iclasları Partiya Sədrinin qərarı və ya İdarə Heyəti üzvlərinin azı üçdə bir hissəsinin müraciəti ilə keçirilə bilər.

9.6. İdarə Heyəti üzvlərinin yarıdan çoxunun iştirak etdiyi iclaslar səlahiyyətli sayılır. Bu Nizamnamənin 9.4.1-ci, 9.4.2-ci, 9.4.4-9.4.8-ci, 9.4.11-ci, 9.4.14-cü və 9.4.17-ci yarımbəndlərində göstərilən məsələyə dair qərarlar iclasda iştirak edənlərin üçdə iki səs çoxluğu ilə, 9.4-cü bəndində nəzərdə tutulmuş digər məsələlərə dair qərarlar isə iclasda iştirak edənlərin sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə forması (açıq və ya gizli səsvermə) İdarə Heyəti tərəfindən müəyyən edilir.

 

  1. MƏRKƏZİ NƏZARƏT TƏFTİŞ KOMİSSİYASI

 

10.1. Mərkəzi Nəzarət Təftiş Komissiyası (sonrakı mətnlərdə MNTK) Partiyanın nəzarət-təftiş orqanıdır. Mərkəzi Nəzarət Təftiş Komissiyasının say tərkibi Qurultay tərəfindən müəyyənləşdirilir. MNTK-nın üzvləri Qurultay tərəfindən Partiya Sədrinin təqdimatı əsasında beş il müddətinə seçilir və vaxtından əvvəl vəzifələrindən azad olunurlar. MNTK-nın üzvləri ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərirlər.

10.2. MNTK-nı üzvlərdən tərk edən olarsa, İdarə Heyəti özü onun tərkibinə yeni üzvlər daxil etmək (kooptasiya) hüququna malikdir. İdarə Heyətinin MNTK üzvlüyünə yeni üzvlərin daxil edilməsi barədə qərarı növbəti Qurultayda təsdiq edilməlidir.

10.3. MNTK özünün ilk iclasında öz tərkibindən sədr və sədr müavini seçir. MNTK-nın iclasları Komissiyanın müəyyən etdiyi müddətdə (lakin 6 ayda bir dəfədən az olmayaraq) keçirilir. MNTK-nın növbədənkənar iclasları Partiya Sədrinin qərarı, İdarə Heyətinin və ya MNTK üzvlərinin azı üçdə bir hissəsinin müraciəti ilə keçirilir.

10.4. MNTK-nın iclaslarını Komissiyanın sədri və ya onun göstərişi ilə sədr müavini aparır.

10.5. MNTK-nın iclası üzvlərin ümumi sayının yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır. Qərarlar iclasda iştirak edən Komissiya üzvlərinin sadə səs çoxluğu ilə

qəbul edilir. Səsvermə forması (açıq və ya gizli səsvermə) MNTK tərəfindən müəyyən edilir.

10.6. Mərkəzi Nəzarət Təftiş Komissiyası :

10.6.1. öz Reqlamentini qəbul edir;

10.6.2. bu Nizamnamənin, Partiya Proqramının tələblərinin, Partiya orqanlarının qərarlarının yerinə yetirilməsinə, həmçinin partiyadaxili nizam-intizam və maliyyə məsələlərinə nəzarəti həyata keçirir;

10.6.3. Partiyanın maliyyə-təsərrüfat fəaliyyətini təftiş edir;

10.6.4. nəzarətin və təftişin nəticələri barədə İdarə Heyətinə məruzə edir;

10.6.5. Qurultay qarşısında öz fəaliyyəti barədə hesabat verir;

10.6.6. Partiya orqanlarının (Qurultay istisna olmaqla) və bu Nizamnamənin 6-ci fəslində  nəzərdə tutulmuş qurumların qərarlarının qanunvericiliyə və bu Nizamnaməyə uyğunluğunu bilavasitə nəzarət formasında yoxlayır, həmçinin onların hərəkət və ya hərəkətsizliyindən verilən şikayətlərə baxır;

10.6.7. bu Nizamnamə ilə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir.

10.7. MNTK ehtiyac olduğu halda öz fəaliyyətinə mütəxəssisləri cəlb etmək hüququna malikdir.

10.8. MNTK-nın üzvləri Partiyada digər seçkili və ya təyinatlı vəzifə tuta bilməzlər.

 

  1. PARTİYANIN MƏRKƏZİ İCRA APARATI

 

11.1. Mərkəzi İcra Aparatı Partiyanın sədrinə tabedir və ya sədrin verdiyi səlahiyyətlər daxilində sədrin müavinlərindən birinə həvalə oluna bilər.

11.2. Mərkəzi İcra Aparatının rəhbəri və beş müavini  partiyanın sədri tərəfindən vəzifəyə təyin olunurlar.

11.3.  Mərkəzi İcra Aparatının əsasnaməsini İdarə Heyəti təsdiq edir.

11.4.  Mərkəzi İcra Aparatının strukturunu və işçilərinin əmək haqlarını Partiyanın Sədri təsdiq edir.

11.5. Mərkəzi İcra Aparatının rəhbəri və digər işçiləri əsas iş yeri üzrə Mərkəzi İcra Aparatında çalışırlar və buna görə əmək haqqı alırlar. 

11.6. Mərkəzi İcra Aparatının rəhbəri Partiyanın sədri ilə razılaşdırılmaqla Mərkəzi İcra Aparatının işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul edir.

11.7. Mərkəzi İcra Aparatı rəhbərinin müavinləri İdarə Heyətinin iclaslarında məşvərətçi səslə iştirak edə bilərlər.

 

XII. PARTİYANIN AĞSAQQALAR ŞURASI

 

12.1. Ağsaqqalar Şurası məşvərətçi qurumdur. Say tərkibi İdarə Heyəti  tərəfindən müəyyənləşdirilir. Ağsaqqalar Şurasının üzvləri, sədri və sədr müavini Partiya Sədrinin təqdimatı əsasında İH-nin qərarı ilə beş il müddətinə seçilir və vaxtından əvvəl vəzifələrindən azad olunurlar. Ağsaqqalar Şurasının üzvləri ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərirlər.

12.2. Ağsaqqalar Şurasını üzvlərdən tərk edən olarsa, İdarə Heyəti özü onun tərkibinə yeni üzvlər daxil etmək (kooptasiya) hüququna malikdir.

12.3. Ağsaqqalar Şurasının fəaliyyətinə sədri rəhbərlik edir. Sədrin bir müavini vardır.

12.4. İdarə Heyəti Ağsaqqalar Şurasının fəaliyyətinə nəzarəti həyata keçirir.

12.5. Ağsaqqalar Şurasının səlahiyyətləri, iclaslarının keçirilməsi qaydası və qərarların qəbulu ilə bağlı məsələlər Ağsaqqalar Şurası haqqında Əsasnamə ilə tənzimlənir.

12.6. Ağsaqqalar Şurasının növbədənkənar iclasları Partiya Sədrinin qərarı, İdarə Heyətinin və ya Ağsaqqalar Şurasının üzvlərinin azı üçdə bir hissəsinin müraciəti ilə keçirilir.

12.7. Ağsaqqalar Şurası qanunvericilik, bu Nizamnamə, Partiya orqanlarının qərarları və Əsasnaməsi əsasında fəaliyyət göstərir.

12.8. Ağsaqqallar Şurası bu Nizamnamə ilə  göstərilmiş tələblərə zidd fəaliyyət həyata keçirdikdə Mərkəzi Nəzarət Təftiş Komissiyasının rəyi əsasında İdarə Heyəti  tələblərə zidd olan Şuranın qərarlarını ləğv edir və həmin Şuranın yenidən təşkili məsələsinə baxır.

 

XIII. PARTİYANIN QADINLAR ŞURASI

 

14.1. Qadınlar Şurası məşvərətçi qurumdur. Say tərkibi İdarə Heyəti  tərəfindən müəyyənləşdirilir. Qadınlar Şurasının üzvləri, sədri və sədr müavini Partiya Sədrinin təqdimatı əsasında İH-nin qərarı ilə beş il müddətinə seçilir və vaxtından əvvəl vəzifələrindən azad olunurlar. Qadınlar Şurasının üzvləri ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərirlər.

14.2. Qadınlar Şurasını üzvlərdən tərk edən olarsa, İdarə Heyəti özü onun tərkibinə yeni üzvlər daxil etmək (kooptasiya) hüququna malikdir.

14.3. Qadınlar Şurasının fəaliyyətinə sədri rəhbərlik edir. Sədrin üç müavini vardır.

14.4. İdarə Heyəti Qadınlar Şurasının fəaliyyətinə nəzarəti həyata keçirir.

14.5. Qadınlar Şurasının səlahiyyətləri, iclaslarının keçirilməsi qaydası və qərarların qəbulu ilə bağlı məsələlər Qadınlar Şurası haqqında Əsasnamə ilə tənzimlənir.

14.6. Qadınlar Şurasının növbədənkənar iclasları Partiya Sədrinin qərarı, İdarə Heyətinin və ya Qadınlar Şurasının üzvlərinin azı üçdə bir hissəsinin müraciəti ilə keçirilir.

14.7. Qadınlar Şurası qanunvericilik, bu Nizamnamə, Partiya orqanlarının qərarları və Əsasnaməsi əsasında fəaliyyət göstərir.

14.8. Qadınlar Şurası bu Nizamnamə ilə  göstərilmiş tələblərə zidd fəaliyyət həyata keçirdikdə Mərkəzi Nəzarət Təftiş Komissiyasının rəyi əsasında İdarə Heyəti  tələblərə zidd olan Şuranın qərarlarını ləğv edir və həmin Şuranın yenidən təşkili məsələsinə baxır.

 

XIV. PARTİYANIN GƏNCLƏR BİRLİYİ

 

13.1. Gənclər Birliyi məşvərətçi qurumdur. Gənclər Birliyinin say tərkibi İdarə Heyəti tərəfindən müəyyənləşdirilir.  Gənclər Birliyinin üzvləri, sədri və sədr müavinləri Partiya Sədrinin təqdimatı əsasında İdarə Heyətinin qərarı ilə beş il müddətinə seçilir və vaxtından əvvəl vəzifələrindən azad olunurlar. Gənclər Birliyinin üzvləri ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərirlər.

13.2. Gənclər Birliyi Partiyanın sədrinin müəyyən etdiyi qaydada Mərkəzi İcra Aparatının rəhbərinə tabedir. İdarə Heyəti Gənclər Birliyinin fəaliyyətinə nəzarəti həyata keçirir.

13.3. Gənclər Birliyinin fəaliyyətinə sədri rəhbərlik edir. Sədrin üç müavini vardır.

13.4. Gənclər Birliyinin səlahiyyətləri, iclaslarının keçirilməsi qaydası və qərarların qəbulu ilə bağlı məsələlər Gənclər Birliyi haqqında Əsasnamə ilə tənzimlənir.

13.5. Gənclər Birliyinin növbədənkənar iclasları Partiya Sədrinin qərarı, İdarə Heyətinin və ya Gənclər Birliyi üzvlərinin azı üçdə bir hissəsinin müraciəti ilə keçirilir. 

13.6. Gənclər Birliyi qanunvericilik, bu Nizamnamə, Partiya orqanlarının qərarları və Əsasnaməsi əsasında fəaliyyət göstərir.

13.7. Gənclər Birliyi bu Nizamnamədə göstərilmiş tələblərə zidd fəaliyyət həyata keçirdikdə Mərkəzi Nəzarət Təftiş Komissiyasının rəyi əsasında İdarə Heyəti həmin Təşkilatın yenidən təşkili məsələsinə baxır, həmçinin həmin tələblərə zidd olan Təşkilatın qərarlarını ləğv edir.

 

  1. PARTİYANIN SİYASİ VƏ SOSİAL PROQRAM LAYİHƏLƏRİ

                         HAZIRLAYAN KOMİSSİYALARI

 

15.1. Komissiyalar məşvərətçi qurumdur. Tərkibi nəzəri və praktiki təcrübəyə malik siyasi cəhətdən önəmli biliklərə sahiblənən mütəxəssislərdən ibarətdir. Say tərkibi hazırlanacaq layihələrdən asılı olaraq İdarə Heyəti tərəfindən müəyyənləşdirilir.

15.2. Komissiyalar Partiyanın  Nizamnamə və proqramından irəli gələn aşağıda qeyd olunan layihələri hazırlayır;

15.2.1. Siyasi və sosial proqram layihələri (Nizamnamənin 3.1.7-ci maddəsi)

15.2.2. Dövlət və cəmiyyətin inkişafına yönəlmiş proqramların hazırlanması və həyata keçirilməsində iştirak etmək (Nizamnamənin 4.2.3-cü maddəsi)

15.2.3. İctimai nəzarətin müxtəlif məsələləri üzrə  təkliflər hazırlamaq (Nizamnamənin 4.1.7-ci maddəsi)

15.2.4. Hüquqi aktların layihələrini hazırlamaq və aidiyyəti üzrə təqdim etmək, həmçinin dövlət orqanları, yerli özünüidarəetmə orqanları tərəfindən hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək, hüquqi aktlarda dəyişiklik edilməsi, onların şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi ilə bağlı məsələ qaldırmaq (Nizamnamənin 4.1.6-cı maddəsi)

15.3. Hər bir komissiyanın tərkibi sədr və komissiya üzvlərindən ibarətdir.

15.4. Komissiyaların işinin təşkili Partiya sədrinin təqdimatı əsasında sədr müavinlərindən birinə həvalə olunur.

15.5. hazırlanacaq layihələrin siyahısı, komissiya sədrləri tərəfindən hazırlanmış layihələrin qəbul edilib iclasda müzakirəyə çıxarılması məqsədilə komissiyaların işini təşkil edən Partiya sədrinin müavini tərəfindən katib seçilir.

15.6. Komissiya sədrləri tərəfindən hazırlanmış layihələr komissiyanın katibinə təqdim olunur və Partiya sədrinin müavininə məruzə olunduqdan sonra layihənin müzakirə olunması məqsədilə təyin olunmuş vaxtda iclas çağrılır.  

15.7. Təqdim olunmuş layihə iclas tərəfindən qənaətbəxş hesab edilərsə, təsdiq olunması üçün İdarə Heyətinə təqdim olunur.

15.8. Layihə hazırlayan komissiya sədri və üzvləri bu Nizamnamənin tələblərinə zidd fəaliyyət həyata keçirdikdə Mərkəzi Nəzarət Təftiş Komissiyasının rəyi əsasında İdarə Heyəti həmin komissiyanın yenidən təşkilinə və ya komissiya üzvünün məsuliyyət məsələsinə baxır.

 

XVI. PARTİYANIN YERLİ TƏŞKİLATLARI

 

16.1. Yerli təşkilatın yuxarı orqanı ümumi yığıncaqdır (konfrans və s.). Ümumi yığıncaqda siyasi partiyanın yerli təşkilatında qeydiyyatda olan üzvlər iştirak edir. Ümumi yığıncaqda yerli təşkilatın fəaliyyətinə dair hesabat dinlənilir, siyasi partiyada müəyyən olunmuş nümayəndəlik normasına uyğun olaraq siyasi partiyanın qurultayına nümayəndələr seçilir və siyasi partiyanın Nizamnaməsinə uyğun olaraq digər məsələlər həll edilir.

16.1.1. Yerli təşkilatlarda müxtəlif idarəetmə, üzv sayının artırılması və ya dəyişiklik edilməsi, siyasi, sosial, seçki və iqtisadi məsələrlə bağlı, habelə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə özünün məclislərini keçirə bilər.

16.1.2. Məclisə üzvlər yerli təşkilatın sədri tərəfindən müəyyənləşdirilir və məclisə sədirlik edir.

16.2. Partiyanın regional, şəhər, rayon və ilkin şöbələri (bundan sonrakı mətnlərdə yerli təşkilatlar) İdarə Heyətinin qərarı ilə yaradılır, yenidən təşkil və ləğv olunur. İdarə Heyəti yerli təşkilatın fəaliyyətinə nəzarəti həyata keçirir.

16.3. Partiyanın yerli təşkilatının fəaliyyətinə yerli təşkilatın sədri rəhbərlik edir. Sədrin iki müavini vardır.

16.4. İdarə Heyəti yerli təşkilatın sədrini vəzifəyə təyin və vəzifədən azad edir. Sədrin müavinləri Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri ilə razılaşdırmaqla sədr özü vəzifəyə təyin və vəzifədən azad edir.

16.5. Yerli təşkilatın cari fəaliyyəti onun Aparatı vasitəsi ilə həyata keçirilir. Aparata rəhbərliyi yerli təşkilatın sədri həyata keçirir.

16.6. Yerli təşkilatda qeydiyyatda olan Partiya üzvləri yerli təşkilatın Konfransında iştirak edir. Konfransda yerli təşkilatın fəaliyyətinə dair hesabat dinlənilir və İdarə Heyəti tərəfindən müəyyən olunmuş təmsilçilik normasına uyğun olaraq Partiyanın Qurultayına nümayəndələr seçilir.

16.7. Yerli təşkilatın tərkibində ərazi partiya təşkilatları fəaliyyət göstərir. Ərazi partiya təşkilatı yerli təşkilatın sədrinin qərarı ilə yaradılır, yenidən təşkil və ləğv olunur. Yerli təşkilatda ərazi partiya təşkilatlarının qeydiyyatı aparılır.

16.8. Ərazi partiya təşkilatının fəaliyyətinə həmin təşkilatın sədri rəhbərlik edir. Sədrin iki müavini vardır. Ərazi təşkilatının sədrini və sədr müavinlərini həmin təşkilatda fəaliyyət göstərən Partiya üzvləri seçir. Yerli təşkilatın sədri ərazi təşkilatı sədrinin və sədr müavinlərinin fəaliyyətinə nəzarəti həyata keçirir. Yerli təşkilatın Konfransında ərazi təşkilatını onun sədri, üzrlü səbəbdən iştirak edə bilmədikdə isə onun müavini təmsil edir.

16.9. Yerli təşkilatın fəaliyyəti, sədrin və onun müavinlərinin səlahiyyət müddəti, Aparatın təşkili, eləcə də yerli təşkilatda, o cümlədən Konfransda qərarların qəbulu ilə bağlı məsələlər yerli təşkilatlar haqqında Əsasnamə ilə tənzimlənir.

16.10. Yerli təşkilat qanunvericilik, bu Nizamnamə, Partiya orqanlarının qərarları və Əsasnaməsi əsasında fəaliyyət göstərir.

16.11. Yerli təşkilat bu Nizamnamədə göstərilmiş tələblərə zidd fəaliyyət həyata keçirdikdə Mərkəzi Nəzarət Təftiş Komissiyasının rəyi əsasında İdarə Heyəti həmin təşkilatın ləğvi və ya yenidən təşkili məsələsinə baxır, həmçinin həmin tələblərə zidd olan yerli təşkilatın qərarlarını ləğv edir. 

16.12. Partiya ləğv olunduğu halda Partiyanın yerli təşkilatları da ləğv edilirlər.

16.13. Yerli təşkilatın statusu Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq hüquqi şəxsin filialı statusuna bərabər tutulur.

 

XVII. SEÇKİLƏRDƏ  İŞTİRAK VƏ

NAMİZƏDLƏRİN İRƏLİ SÜRÜLMƏSİ

 

17.1. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, Azərbaycan Respublikası Prezidentinin və bələdiyyə seçkilərinin, həmçinin ümumxalq səsverməsinin (referendumun) keçirilməsində iştirakla bağlı Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə tutulmuş hüquqların həyata keçirməsi İdarə Heyəti tərəfindən müəyyən edilir.

17.1.1 HƏP-dən Azərbaycan Respublikası Prezidentliyinə namizəd İdarə Heyətinin təqdimatına əsasən Qurultay tərəfindən (bütün partiya üzvlərinin səsverməsi ilə aparılan ilkin seçkilərdə) müəyyən edilir.

17.1.2. Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə HƏP tərəfindən namizədlərin siyahısı Partiyanın İdarə Heyəti tərəfindən müəyyən edilir.

17.1.3. Bələdiyyə seçkilərində HƏP tərəfindən namizədlərin siyahısı Partiyanın İdarə Heyəti tərəfindən irəli sürülür.

 

XVIII. PARTİYANIN ƏMLAK VƏ MALİYYƏ MƏSƏLƏLƏRİ

 

18.1. Partiyanın pul vəsaitlərinin və digər əmlakının formalaşdırılmasının mənbələri aşağıdakılardır:

18.1.1. üzvlük haqları;

18.1.2. ianələr;

18.1.3. əmlakdan gələn gəlir;

18.1.4. Partiya tərəfindən keçirilən tədbirlərdən gələn gəlirlər;

18.1.5. seçki kampaniyası üçün xərclərin maliyyələşdirilməsi məqsədilə daxil olan vəsait;

18.1.6. dövlət büdcəsindən ayrılan vəsait;

18.1.7. borcun və ya kreditin alınmasından əldə edilmiş məbləğ;

18.1.8. hüquq varisliyi yolu ilə əldə edilmiş əmlak;

18.1.9. qanunla qadağan olunmamış digər gəlirlər.

18.2. Partiyanın mülkiyyətində onun fəaliyyətini təmin etmək üçün vacib olan qanunla icazə verilən istənilən əmlak ola bilər.

18.3. Partiyanın əmlakı yalnız bu Nizamnamədən və Partiyanın Proqramından irəli gələn məqsəd və vəzifələrin həyata keçirilməsi üçün istifadə edilir.

XIX. PARTİYADA MÜHASİBAT UÇOTUNUN APARILMASI, HESABAT DÖVRÜ, MALİYYƏ HESABATLARININ TƏQDİM VƏ DƏRC EDİLMƏSİ

19.1. Partiya forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş illik maliyyə hesabatını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edir. 

19.2. Partiya illik maliyyə hesabatını auditor rəyi ilə birlikdə kütləvi informasiya vasitələrində dərc etdirir.

19.3 Partiyada mühasibat uçotu “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır. 

 

  1. PARTİYANIN YENİDƏN TƏŞKİLİ VƏ LƏĞV EDİLMƏSİ

 

20.1. Partiya qanunvericilik və bu Nizamnamə ilə müəyyən edilmiş qaydada yenidən təşkil oluna bilər.

20.2. Partiya Qurultayda qəbul olunmuş qərar və ya qanunvericiliyə uyğun olaraq məhkəmənin qərarı ilə ləğv oluna bilər. Partiya ləğv edildikdə onun borclarının ödənilməsindən sonra qalan əmlakı bu Nizamnamədə göstərilmiş məqsədlərə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilir.

20.3.  Partiyanın əmlakı onun orqanları və ya onun üzvləri arasında bölüşdürülə bilməz.

20.4. Partiyanın ləğvi ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun tənzimlənir. 

 

XXI. DİGƏR MƏSƏLƏLƏR

 

21.1. Partiyanın fəaliyyəti ilə əlaqədar olan, lakin bu Nizamnamə ilə tənzimlənməyən məsələlər qanunvericiliyə uyğun olaraq tənzimlənir.

22.2. Bu Nizamnaməyə edilmiş əlavə və dəyişikliklər dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Bu Nizamnaməyə əlavə və dəyişikliklər Qurultayda qəbul edilir.

23.3. Gələcəkdə bu Nizamnamənin hər hansı müddəası qanunvericiliklə ziddiyyət təşkil edərsə, qanunvericiliyin müvafiq norması tətbiq edilir.

 

 

HAQQ ƏDALƏT PARTİYASININ PROQRAMI

 

      Haqq Ədalət Partiyasının Azərbaycan Respublikası vətəndaşlarıqarşısında Dövlət Müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin formalaşdırılması, milli maraqlarımıza uyğun olaraq, ölkə əhalisinin dinc, firəvan həyat şəraitində yaşamasını təmin etmək və nəhayət, azad dünyaya qovuşmaq, Avro-Atlantik məkana tam inteqrasiyaya nail olmaq kimi mühüm tarixi vəzifələr durur.

HƏP bu vəzifələrin həyata keçirilməsini özünün siyasi strategiyasının əsas məqsədi hesab edir.

Partiyanın proqramı 3 əsas prioritet istiqaməti müəyyənləşdirmişdir.

  1. Partiyanın ideoloji prinsipləri
  2. Partiyanın fəaliyyətinin istiqamətləri
  • Partiyanın daxili və xarici siyasət strategiyası

 

PARTİYANIN ƏSAS İDEOLOJİ PRİNSİPLƏRİ

HƏP qarşısına qoyduğu vəzifələrin həllinə nail olmaq məqsədilə öz fəaliyyətində aşağıdakı ideoloji qaydalara əsaslanacaq.

   

  1. Müstəqil Dövlətçilik Qaydaları

Müstəqil dövlət quruculuğunda xalqın iradəsini, istəyini əsas imperativ kimi qəbul etməyi, peşəkarlığa, intellekt azadlığına, səriştəyə əsaslanıb əhalinin bütün səylərini birləşdirməklə sosial azad bazar yönümlü iqtisadiyyata arxalanan demokratik, hüquqi, dünyəvi dövlət qurmağı qarşısına məqsəd, ali prinsip kimi qoyur.

Güclü, qüdrətli, müstəqil dövlət sayəsində xalqımızın tarixi istəklərini, arzularını reallaşdıra və onun taleyüklü məsələsini həll edə bilərik.

Ona görə müstəqil, güclü və qüdrətli dövlətçilik HƏP-in əsas qaydalarıdır.

 

  1. Qanunçuluq qaydaları

Demokratik dövlətin köklü əsaslarını hüquqi dövlət, vətəndaş cəmiyyəti, hakimiyyətin qanunverici, icraedici azad, müstəqil məhkəmə, tam sərbəst mətbuat və informasiya qollarına bölünməsi və onların  arasında bir-birini tamamlayan qarşılıqlı münasibətlərin yaranmasını tələb edir. Buna görə də Prezidentdən tutmuş adi vətəndaşa qədər hamı qanun qarşısında bərabər hüquqlara malik olmaqla ümumi mənafeləri rəhbər tutmalı, siyasi iqtisadi, hüquqi və ictimai normalara tabe olmalı, qanunlara riayət etməlidir.

  1. Vətənpərvərlik qaydaları

HƏP dilindən, dinindən, irqindən, etnik və siyasi partiyalılıq mövqeyindən asılı olmayaraq Azərbaycan Dövlətinə və onun qanunlarına tabe olan, ölkəmizdə ölkə hüdudlarından kənarda yaşayan bütün Azərbaycan vətəndaşlarını Azərbaycan xalqı, Azərbaycanı onların ümumi bölünməz vətəni, doğma yurdu sayılır.

Haqq Ədalət Partiyası Azərbaycan xalqının əksəriyyətini azərbaycanlılar təşkil etməsinə rəğmən ölkəmizdə yaşayan bütün etniklərin adət-ənənələrini, dilini,  dinini, milli kimliyini, mədəniyyətlərinin qorunmasına sərbəstlik verməklə ümumi vətən hesab olunan xalqımızın dövlətçilik hisslərini, dövlət rəmzini yaradan vahid Azərbaycan Dövləti ilə bağlayır.

  1. Müasirlik qaydası

Partiya müasirliyi, dünyəvi elmi və mədəni dəyərlərini öz mental dəyərlərini qoruyub saxlamaq şərtilə bütün demokratik cəmiyyətlərə, irsi adət-ənənələrə hörmətlə yanaşmağı öyrədib-öyrənməyi özünün dördüncü əsas qaydası hesab edir.

 

  1. Sosial haqq-ədalətlilik qaydası

İnsanlar eyni zəkaya, ağıla, fiziki və mənəvi keyfiyyətlərə malik olmadığı kimi cəmiyyətdə və həyatda da eyni mövqeyə və imkana malik deyildirlər.

         Sosialyönümlü iqtisadiyyata malik olan humanizmdən qaynaqlanan məqsədli yardım mexanizmlərindən istifadə edərək cəmiyyətin ən imkanlı təbəqələrinin imkansızlara yardımını və onların yaşayışı üçün minimum həyat şəraitinin təmin olunmasını təşkil edir.

         Məhz belə cəmiyyətlərdə sosial sabitliyə nail olmaq, haqq-ədalət qaydalarını qorumaq dövlətin siyasətinin əsas istiqamətlərindəndir. Partiya məqsədlərindən ən önəmlisini təşkil edən demokratik sosial dövlət yaratmaq ideyasını, sosial haqq-ədalət vədi verməyi Özünün 5-ci qaydası hesab edir.

Gələcəkdə zərurət yaransa dövrün, zamanın tələbinə uyğun olaraq yeni məqbul sayıla biləcək digər qaydalara da özünü açıq hesab edir.

 

PARTİYANIN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

HƏP  bəyan   etdiyi   prinsipləri   rəhbər  tutaraq qarşısında duran ali məqsədlərə nail olmaq üçün öz fəaliyyətini aşağıdakı əsas istiqamətlər üzrə müəyyənləşdirir.

  1. Milli təhlükəsizlik və milli maraqların qorunması

        Azərbaycan xalqının və dövlətinin milli maraqları baxımından əldə edilən əsas sərvət onun müstəqil dövlətçiliyidir.

        Azərbaycanın milli təhlükəsizliyinin təmin edilməsinin mühüm tərkib hissəsini dünya birliyində bərabərhüquqlu əməkdaşlığın möhkəmləndirilməsini nəzərdə tutan xarici siyasətin aparılması təşkil edir.

Dünya birliyinin siyasi, iqtisadi strukturlarında bərabərhüquqlu üzvlüyünü hədəfləyir.

  1. Ordunun gücləndirilməsi, ölkənin müdafiə

potensialının inkişafı

 Silahlı qüvvələrin döyüş hazırlığının hər vasitə ilə artırılması, ordu və donanma heyətini dövlət müstəqilliyini və ərazi bütövlüyünü müdafiə etməyə hazırlamaq, NATO hərbi sisteminə keçmək partiyanın və dövlətin ən mühüm vəzifələrindən biri olaraq qalmaqdadır.

 

PARTİYANIN DAXİLİ SİYASƏT STRATEGİYASI

             HƏP-in daxili siyasət strategiyasının əsasında Azərbaycan Respublikasının Konstitusiyasının əsasında konstitusiyanın təsbit etdiyi hüquq və azadlığının, hüquq normalarının qorunması, cəmiyyətin sosial-siyasi sisteminin dinamik inkişafının təmin edilməsi, müstəqil dövlətçilik ideyası, qanunçuluğun, siyasi plüralizm və demokratik dəyərlərin hərtərəfli olunması səmərəli mexanizminin, demokratik dəyərlərin mədəniyyətin formalaşdırılması dayanır.

           Partiya İcra Hakimiyyəti funksiyasını həyata keçirən Prezident idarəetmə formasını daha da təkmilləşdirərək demokratikləşdirmək, gələcəkdə isə zərurət yaranarsa Parlamentli Respublika sisteminə keçməyi məqbul sayır.

Əsas insan və vətəndaş hüquqları və azadlıqla-qorunmasının normativ-hüquqi aktlara, beynəlxalq standartlara, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq   konvensiya   və   sazişlərə tam uyğunluğunun təmin edilməsi partiyanın daim diqqət mərkəzində olacaqdır.    

              HƏP azad cəmiyyət, azad insan və azad düşüncə prinsiplərini rəhbər tutan vətəndaş cəmiyyətinin formalaşdırılmasını daxili siyasətinin əsas istiqamətlərindən biri kimi qəbul edir.

HƏP-in əsas mövqelərinə, məramlarına, məqsədlərinə uyğun gələn razılıq əldə olunub bütün ictimai təşkilatlarla və siyasi partiyalarla fəal əməkdaşlıq etməyi özünün əsas prinsiplərindən biri hesab edir. 

Partiya seçkilərdə bütün siyasi partiyalara, mülki vətəndaşlara eyni hüquqi  şəraitin yaradılmasını, ayrı-seçkiliyin hər hansı bir formasının yolverilməz olduğunu bəyan edərək daim təkmilləşdirilməsini əsas vəzifələrdən bir hesab edir.

              Dünyəvi Dövlət   quruculuğu   yolunu   Azərbaycanda müxtəlif dinlərin azad yaşaması, dini etiqad azadlığı, dinin dövlətdən ayrı olması ilə bərabər Azərbaycanın milli-mənəvi dəyərlərinin, dini adət-ənənələrinin, mədəni varlığının kənar və yad təsirlərdən qorunması daim partiyanın diqqət mərkəzindədir.

 

XARİCİ SİYASƏT VƏ BEYNƏLXALQ ƏLAQƏLƏR

HƏP xarici siyasət sahəsində, beynəlxalq aləm-də sülh, sosial tərəqqi və xoşməramlı əməkdaşlıq uğrunda mübarizə aparan mütərəqqi qüvvələrlə sıx əlaqələr qurulmasını, bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı münasibətlərin yaradılmasını, Azərbaycan xalqının möhkəm sülh və əmin-amanlıq şəraitində yaşamaq, dinc quruculuqla məşğul olmaq imkanının təmin edilməsini zəruri hesab edir.

HƏP-in müstəqil dövlətimizin, xalqımızın milli mənafelərinin və strateji maraqlarının, milli təhlükəsizliyinin qorunması və ərazi bütövlüyünün təmin edilməsi üçün əsas prioriteti kimi ölkəmizin Avro-Atlantik siyasi, iqtisadi və təhlükəsizlik məkanına inteqrasiyasıdır.

Partiya BMT, ATƏT, NATO, Avropa Şurası, Avropa Birliyi, Türkdilli dövlətlər Birliyi, İslam dövlətləri Konfederasiyası və bu kimi digər nüfuzlu beynəlxalq regional təşkilatlarla fəal əməkdaşlığı genişləndirməyi, bu qurumlarda hər bir dövlətin inkişafına, təhlükəsizliyinə və tərəqqisinə xidmət edəcək yeni imkanların yaranması məqsədilə geniş fəaliyyət göstərməyi zəruri hesab edir.

HƏP eyni zamanda Azərbaycanın bütün qonşu və region dövlətlərilə bərabərhüquqlu, qarşılıqlı faydalı əlaqələrin qurulmasını daim diqqət mərkəzində saxlayacaqdır.

Partiya xarici siyasətdə dövlətlərin bir-birinin daxili işlərinə qarışmamağı və hər bir xalqın milli mənafelərinə qarşılıqlı hörmət etməyi. beynəlxalq hüquq və prinsiplər əsasında dövlətlər arasında daha çox qarşılıqlı etimad yaratmağı, ortaq mənafeləri qorumağı nəzərdə tutan dövlətlərarası münasibətlərin inkişafını zəruri və vacib hesab edir.

 

İQTİSADİ SİYASƏT

İqtisadiyyat hər bir dövlətin mövcudluğunun əsas kimi onun fəaliyyətinin başlıca sahəsi hesab olunur.

Güclü iqtisadiyyat vətəndaşların maddi-mənəvi, sosial cəhətdən zəngin və firəvan şəraitdə yaşamasını təmin edir.

Dünya ölkələrində mövcud olan elmi-texniki tərəqqidən, qabaqcıl texnologiyalardan geniş istifadə etmək bizim partiyanın strateji xəttidir.

Partiyanın   həyata   keçirmək   istədiyi   iqtisadi islahatlar prosesində dövlət mülkiyyətinin özəlləşdirilməsi mühüm yer tutur.

  1. Sosial siyasət

Partiya sosial islahatlar yolu ilə vətəndaşlara layiqli həyat şəraiti yaratmaq, xalqın əmək və ictimai fəaliyyətini artırmaq, ictimai-siyasi sabitliyi qoruyub saxlamaq, sağlam həyat tərzi üçün fəal və məqsədyönlü şəkildə sosial siyasət aparmağa üstünlük verir.

            Sahibkarlıq strukturlarına geniş imkan yaratmaq, sahibkarların sosial sahədə qoyduğu vəsaitdən alınan vergiləri azaltmaqla tənzimlənməyi vacib hesab edir.

            Partiya hesab edir ki, zəngin təbii ehtiyatlara malik Azərbaycan vətəndaşlarının yaxşı yaşamağa haqqı vardır, bunun üçün layiqli həyat səviyyəsinin edilməsi ən vacib vəzifə olmalıdır.

            Partiya əməkhaqqı və pensiya təminatı sistemində islahatların aparılması, əməkhaqqının, pensiyaların, sosial ödəmələrin artırılmasını, yeni iş yerlərinin açılmasını özünün başlıca vəzifələrindən biri hesab edir. O cümlədən problemli kreditlərin tez bir zamanda ədalətli həllini əhalinin narazılıq problemi olaraq görür və xüsusi diqqət mərkəzində saxlamağı vacib hesab edir.

 

  1. Sosial-mədəni və mənəvi inkişaf sahəsində partiya fəaliyyətinin istiqamətləri

Azərbaycan elmi, tarixi-mədəni irsi dünya mədəniyyəti xəzinəsinə layiqli töhfələr vermişdir.

Bununla əlaqədar partiya təhsilin, elmin, mədəniyyətin, yaradıcılığın, idmanın və səhiyyənin inkişafı məsələsində, dünyada bu sahədə qazanılmış təcrübədən istifadə edilməsi ilə yanaşı dövlət maliyyələşdirmə

sistemini qoruyub saxlamağa, onun tətbiqinə və səmərəliliyinin daha da təkmilləşdirilməsinə üstünlük verməyi ən vacib məsələ kimi dəyərləndirir.

Partiya bu proqramın reallaşmasında maraqlı olan ictimai-siyasi təşkilatlarla, hər bir Azərbaycan vətəndaşı ilə, bütün daxili qurumlarla hərtərəfli əməkdaşlığı, onların imkan və bacarığından istifadə etməyi özünün başlıca prioritet vəzifəsi hesab edir.