15 SENTYABR BAKININ DÜŞMƏN İŞĞALINDAN AZAD OLUNMASI GÜNÜDÜR ! - 15.09.2023

    Bu gün 2023-cü il sentyabrın 15-də saat 12:00-da Haqq Ədalət Partiyasının İdarə Heyətinin üzvləri, Bakı şəhəri rayon təşkilatlarının, o cümlədən Abşeron rayon Təşkilatının sədrlərinin, HƏP Respublika Regional Mərkəzləri rəhbərlərinin və HƏP Ali Məclisinin bir qrup üzvünün iştirakı ilə Bakının Şəhidlər Xiyabanında Türk - Qafqaz İslam Ordusu Şəhidlərinin şərəfinə ucaldılmış abidə kompleksini ziyarət etdik.
    105 il əvvəl unudulmaz sərkərdəmiz Nuru Paşanın komandanlığı ilə paytaxtımız Bakı şəhəri daşnaq-bolşevik işğalından azad edilərkən, Şəhid olmuş qardaşlarımızın ruhlarına dualar oxuduq, abidələri önünə tər güllər düzdük.
    Bakını və bütövlükdə Azərbaycanı düşmən işğalından xilas etməyə gəlmiş qan və can qardaşlarımızın bu tarixi qələbəsi Azərbaycan Demokratik Cümhuriyyəti hökumətinin Gəncədən Bakıya köçə bilməsi ilə istiqlaliyyətimizin bərqərar olmasında həlledici rol oynamışdır.
    Qədirbilən xalqımız bu şanlı qələbənin və qanlı savaşlarda canlarından keçmiş Şəhid qardaşlarımızın xatirəsini əbədi olaraq qəlbində yaşadacaq və Türk birliyinin tarixi qələbəsi gününü sevinclə hər il qeyd edəcəkdir.
    Yaşasın Turan birliyi !

HƏP sədri Əli İnsanov.
15 sentyabr 2023-cü il.