HƏP ALİ MƏCLİSİNİN İKİNCİ SESSİYASI - 21.10.2023
Əsas səhifə / HƏP ALİ MƏCLİSİNİN İKİNCİ SESSİYASI - 21.10.2023
2023-cü ilin oktyabrın 21-də partiyanın Mərkəzi Qərargahında Haqq Ədalət Partiyası Ali Məclisinin ikinci sessiyası öz işinə başladı.
Respublikamızın 78 rayonunda 29 nəfər aktiv qalanları isə onlayn iştirak etməklə sessiyanın işində partiyanın İdarə Heyətinin üzvləri Bakı şəhəri və Abşeron rayonunun partiya rəhbərləri, HƏP Ali Məclisinin rəhbərliyi, HƏP Ali Məclisinin 14 Komissiyalarının sədrləri, HƏP Qadınlar Şurasının, Gənclər Təşkilatının və Ağsaqqallar Şurasının sədrləri, HƏP-in 7 Regional Mərkəzinin rəhbərləri və partiyanın Ali Məclisinin bir sıra üzvləri, xarici ölkələrdə fəaliyyət göstərən Regional Mərkəzlərdən 3-nün rəhbəri (onlayn) iştirak edirdilər.
Sessiyanın iclasını giriş sözü ilə HƏP sədri Əli İnsanov açdı. O, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Qələbəmizin bir sıra aspektlərindən söz açdı. Bu Qələbə ilə Prezident İlham Əliyevin xalqımızı 100 illiklərin həsrətinə qovuşdurduğunu Azərbaycan Dövlət Bayrağının Xankəndinin mərkəzində ucaltmaqla 200 illik erməni-azərbaycan münaqişəsini Azərbaycan xalqının Böyük Qələbəsi başa çatdığını dünyaya bəyan etdi.
HƏP Sədri Vətən müharibəsində Şəhid olmuş Qəhrəmanlarımızın xatirəsini 1 dəqiqəlik sükutla yad etməyi təklif etdi və Şəhidlərin ruhlarına dualar oxundu, yaralı Qazilərimizə tezliklə şəfa tapmalarını arzu etdi.
O, sonra sessiyanın iclasını aparmaq üçün HƏP Ali Məclisinin sədri Zəlimxan Məmmədliyə söz verdi.
Ali Məclisin sədri Zəlimxan Məmmədli çıxışında qeyd etdi ki, 2021-ci il 3 may HƏP Ali Məclisinin birinci sessiyasında keçən dövrdə partiyada geniş struktur dəyişiklikləri baş vermiş, respublikanın şəhər və rayon təşkilatlarının sayı 78-ə çatdırılmış, partiya üzvlərinin sayı 26000-i ötmüşdür. Siyasi partiyalar haqqında qəbul olunmuş yeni qanunla bağlı Haqq Ədalət Partiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Haqq Ədalət Partiyası 2023-cü il sentyabr ayının 4-də yenidən qeydiyyata alınmışdır.
COVİD pandemiyası dövründə karantin rejiminin yaratdığı şərait nəzərə alınaraq, partiya onlayn fəaliyyətini davam etdirmiş və sessiyaların keçirilməsi mümkün olmadığına görə lazımi qərarların təcili təsdiqlənməsi üçün İdarə Heyətinin tövsiyəsi ilə HƏP Ali Məclisinin funksiyaları HƏP Ali Məclisində yeni yaradılmış Rəyasət Heyətinə tapşırılmışdır.
Rəyasət Heyəti aktiv çalışaraq İdarə Heyətinin köməyi və dəstəyi ilə HƏP Ali Məclisinin 14 komissiyasını yaratmış, komissiya sədrlərini seçmiş, hər bir komissiyanın işçi qruplarını formalaşdırmışdır.
Ayrı-ayrı sahələr üzrə komissiyalar tərəfindən 1 il ərzində fəaliyyət proqramları yazıb hazırlanmış, HƏP Ali Məclisinin Rəyasət Heyətində müzakirə olunmuş və sessiyada təsdiq olunmaq üçün HƏP İdarə Heyəti tərəfindən tövsiyə olunmuşdur.
HƏP Ali Məclisinin sədri və müavinləri sessiyalar arası müddətdə partiyanın sədrinin və İdarə Heyətinin bütün tövsiyə və tapşırıqlarını vaxtında yerinə yetirmiş, respublikanın şəhər və rayonlarına ezam olunmuş, yerlərlə geniş təbliğat-təşviqat işləri aparmış və partiyanın quruculuş işlərində aktiv fəaliyyət göstərmişlər.
Ali Məclisin sədri Zəlimxan Məmmədli 1 ay müddətində İsmayıllı rayonuna ezam olunmuş, rayondakı sosial problemləri, insanların istək və arzularını rayonun 43 kəndinə səyahət edərək ətraflı öyrənmiş, geniş təkliflər paketi hazırlayaraq İdarə Heyətinin müzakirəsinə çıxarmışdır. Təkliflər bəyənilmiş və İdarə Heyəti üzvləri tərəfindən respublikanın müxtəlif regionlarında bu təcrübənin yayılması tövsiyə olunmuşdur.
HƏP İdarə Heyətinin qərarı ilə Ali Məclisin sədri Zəlimxan Məmmədli Azərbaycanda fəaliyyət göstərən partiyalarla əməkdaşlıq və birgə funksional fəaliyyət üçün müzakirələr aparmış və nəticələr partiyanın İdarə Heyətində müzakirə olunmuşdur.
HƏP Ali Məclisinin sədri Zəlimxan Məmmədli partiya Sədrinin və İdarə Heyətinin tapşırığı ilə çoxsaylı mövzularla və təkliflərlə müxtəlif mətbuat orqanlarında, o cümlədən İnternet Tv-lərdə partiyanın strateji xəttini şərh etmiş, təbliğ etmiş və hər kəsi HƏP-lə əməkdaşlığıa dəvət etmişdir.
Haqq Ədalət Partiyası 3-4 noyabr 2022-ci ildə İdarə Heyətinin iclaslarında müzakirə edərək, Prezident İlham Əliyevin yürütdüyü siyasətin dəstəkləməsi və bununla bağlı elan etdiyi bəyanat ətrafında HƏP Ali Məclisinin sədri Zəlimxan Məmmədli geniş təbliğat işi aparmış, inandırıcı dəlillərlə bu strategiyanı xalqımızın rifahı, problemlərin həlli və milli birlik yolunda ən düzgün qərar olduğunu ortaya qoymuşdur.
COVİD pandemiyası başa çatdıqdan sonra Rəyasət Heyətinə ehtiyac olmadığına görə bu müvəqqəti qurum ləğv olunmuş və HƏP Ali Məclisinin sədri partiyanın Nizamnaməsinə uyğun olaraq HƏP Ali Məclisinin işi və 14 komissiyanın fəaliyyətinə rəhbərliyini davam etdirməkdədir. Bu işin gücləndirilməsi üçün HƏP sədri tərəfindən Ali Məclisin sessiyasına HƏP Ali Məclisinin sədrinin 4 müavini vəzifəsinə və katib vəzifəsinə namizədlər sessiyanın iclasına təsdiq üçün təqdim olunmuşdur.
Bundan sonra söz alan HƏP sədri Əli İnsanov ölkədə və xaricdə ictimai-siyasi vəziyyəti təhlil etmiş, Prezident İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun Vətən müharibəsini Qələbə ilə başa çatdırmasından danışmış və Azərbaycan Prezidentinin ‘’Dağlıq Qarabağ problemi’’ ifadəsini dünya siyasi leksikonundan tamamilə silib atdığını fərəhlə qeyd etmişdir. O, HƏP Ali Məclisinin sədri Zəlimxan Məmmədlinin və onun rəhbərliyi ilə Ali Məclisin komissiya sədrlərinin və işçi qruplarının fəaliyyətlətini yüksək qiymətləndirmiş və HƏP Ali Məclisinin sədri Zəlimxan Məmmədlinın hesabatının qənaətbəxş sayılmasını sessiyaya təklif etmişdir.
HƏP Ali Məclisinin sədri Zəlimxan Məmmədlinin sədrliyi ilə davam etdirilən sessiyanın iclasında HƏP sədrinin birinci müavini, Avropa Regional Mərkəzinin rəhbəri İsa Sadıkov (Norveç), Zaqatala Regional Mərkəzinin rəhbəri Azər Salmanov, HƏP Ali Məclisinin üzvü Nigar Ögedey (Türkiyə), HƏP Ali Məclisinin komissiya sədri Rəşad Məhəmmədov, HƏP Ali Məclisinin komissiya sədri Zeynal Həmidov, Ucar Regional Mərkəzinin rəhbəri İlham Həsənov, Gəncə Regional Mərkəzinin rəhbəri Mayıl Vəliyev, HƏP Rusiya Regional Mərkəzinin rəhbəri, Ali Məclisin üzvü Nəriman Gülmalıyev. HƏP Qadınlar Şurasının sədri Bildirçin Davudova, HƏP Ağsaqqallar Şurasının sədri Əliqismət Əzizov, HƏP Mərkəzi İcra Aparatının rəhbəri Əliyar Şirməmmədov, Komissiya sədri Eldəniz Məsimov, HƏP Gənclər Təşkilatının sədri Səbinə İnsanova HƏP Ali Məclisinin sədri Zəlimxan Məmmədlinin hesabat məruzəsi ətrafında çıxışlar etdilər və görülən işlərin qənaətbəxş sayılmasını tövsiyə etdilər.
Bundan sonra sessiya iclasında təşkilatı məsələlələrə baxıldı.
Yeni Ali Məclis üzvlərinin səlahiyyətləri, Ali Məclis komissiyalarının tərkibi, HƏP İdarə Heyətinin tərkibi, HƏP Mərkəzi İcra Aparatının tərkibi, əsasnamələr (komissiyaların işi, Mərkəzi İcra Aparatı haqqında əsasnamə), Ağsaqqallar şurasının, Qadınlar Şurasının, Gənclər Təşkilatı Məşvərət Məclisləri üzvlərinin tərkibi səsvermə yolu ilə təsdiq edildilər.
HƏP Sədrinin təklifi ilə Ali Məclisin sədr müavinləri vəzifəsinə Azər Salmanov, Anar Hüseynov, İlham Həsənov, Rəşad Məhəmmədov, Ali Məclisin katibi vəzifəsinə isə Elşad Soltanlının, Səhiyyə, Əmək və Sosial Siyasət Komissiyasının sədri vəzifəsinə Əşrəf Qafarovun, Gəncə Regional Mərkəzi rəhbəri müavini vəzifəsinə Dilqəm Əliyevin namizədliyi irəli sürüldü və səsvermə yolu ilə yekdilliklə qəbul olundu.
HƏP Ali Məclisinin sədri vəzifəsinə HƏP sədri tərəfindən fəaliyyətdə olan Zəlimxan Məmmədlinin namizədliyi irəli sürüldü.
HƏP İdarə Heyətinin üzvü Nazilə Abbaslı isə alternativ olaraq, HƏP Ali Məclisinin sədri vəzifəsinə Bəhram Mehdiyevin namizədliyini irəli sürdü.
Səsvermə təklif olunarkən Bəhram Mehdiyev İdarə Heyəti üzvü və partiyanın həyata keçirdiyi ictimai tədbirlərin rəhbərliyi vəzifəsində işinin yetərincə çox olduğunu əsas gətirərək, öz namizədliyini geri götürülməsini təklif etdi. Sessiya bu təklifi səsvermə yolu ilə qəbul etdi.
İdarə Heyətinin üzvü Zəlimxan Məmmədlinin namizədliyi ilə bağlı səsvermə keçirildi və o, yekdilliklə HƏP Ali Məclisinə yenidən sədr seçildi.
HƏP Ali Məclisinin yeni seçilmiş sədri Zəlimxan Məmmədli ona böyük etimad göstərildiyinə görə bütün həmkarlarına öz təşəkkürünü bildirdi və bundan sonra da bu etimadı doğrultmaq üçün var gücü ilə çalışacağına söz verdi.
Partiya sədri Əli İnsanov həmkarı Zəlimxan Məmmədlini bütün partiyadaşları adından təbrik etdi və ona fəaliyyətində böyük uğurlar arzuladı.