HƏP ÜZVÜ GƏNC RƏSSAMIN FƏRDİ SƏRGİSİ.

2023-cü il sentyabrın 8-də V. Səmədova adına Azərbaycan Respublikası Rəssamlar Akademiyasının Mərkəzi Sərgi salonunda Haqq Ədalət Partiyasının üzvü, gənc rəssam, İtaliyanın Roma şəhərində Rəssamlıq Universitetinin magistraturasında təhsilini yenicə başa vurmuş Ayla İnsanovanın 70-dən artıq rəngli, qrafik və keramikadan ibarət əsərlərinin fərdi sərgisinin açılışı olmuşdur.
Sərgini giriş sözü ilə açan Azərbaycan Rəssamlar İttifaqının katibi, Azərbaycan Respublikasının Xalq rəssamı Ağaəli İbrahimov gənc rəssam Ayla İnsanovanın Tibb Universitetindən sonra Azərbaycan Respublikası Rəssamlar Akademiyasında ikinci təhsil almasından, təhsilini uğurla başa çatdırdıqdan sonra Rəssamlıq Akademiyasında işə başlamasından və qısa müddətdə müəllimlərin etimadını doğruldaraq bir sıra nəzərə çarpan rəsm əsərləri yarada bilməsindən danışdı. O, qeyd etdi ki, Ayla xanım hələ tələbə ikən öz fərdi sərgisini keçirə bildi və Rəssamlıq Akademiyasının tövsiyəsi ilə tələbə ikən Azərbaycan Respublikası Rəssamlar İttifaqının üzvü seçildi. İtaliyada iki il müddətində magistratura təhsili alması isə onu dünya rəssamlıq və heykəltəraşlıq məbədi sayılan İtalya məktəbinin təcrübəsini öyrənməyə imkan yaratdı. Bu gün sərgidə təqdim olunan 70-dən artıq əsərin hamısı İtaliyada oxuyarkən yaratdığı əsərlərdir və bunların sırasında dünya miqyasına çıxa biləcək əsərlər görürəm, Ayla xanıma bu yolda böyük uğurlar arzulayıram.
Sonra çıxış edən, Azərbaycan Respublikası Rəssamlıq Akademiyasının prorektoru, Azərbaycan Rəssamlar İttifaqı sədrinin 1-ci müavini, Azərbaycan Respublikasının Xalq rəssamı, professor Səlhab Məmmədov, Azərbaycan Respublikası Rəssamlıq Akademiyasının Muzey - sərgi kompleksinin direktoru Lalə xanım Eldarova və yaradıcı Qadınlar Assosiyasının prezidenti Afaq xanım Hüseynova çıxış edərək sərgidə təqdim olunmuş əsərlər barədə xoş fikirlər söylədilər və Ayla xanıma uğurlar arzuladılar.
Lalə xanım Eldarova ayrıca atası, dünya şöhrətli heykəltəraş, Milli Elmlər Akademiyasının Akademiki, Rəssamlıq Akademiyasının sabiq rektoru, Xalq rəssamı, Heydər Əliyev ordeni ilə mükafatlandırılmış Ömər Eldarovun Ayla xanıma salamını və təbriklərini çatdırdı.
Sərginin açılışında Ayla xanımın müəllimləri, o cümlədən tanınmış rəssam Cəlal Ağayev, Rəssamlıq Akademiyasının Muzey - sərgi kompleksinin ekspozisiya rəhbəri Turqay Muxtarov, Rəssamlıq İttifaqının üzvləri, Rəssamlıq Akademiyasının məsul işçiləri və müəllimləri, rəssam həmkarları, dostları və doğmaları iştirak edirdilər.
Haqq Ədalət Partiyasının İdarə Heyəti geniş tərkibdə tədbirdə iştirak edirdilər.
Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimovun dəvəti ilə Amerikadan və Cənubi Azərbaycandan gəlmiş tanınmış jurnalistləri və digər media qurumlarının əməkdaşları iştirak edirdilər. Jurnalistlər Ayla xanımdan qısa müsahibələr götürdülər və sərgini işıqlandırmaq üçün çəkilişlər apardılar.
Sərgiyə gələnlər tədbirdən xoş təəssüratla ayrıldılar.
Ayla xanım İnsanova öz fərdi sərgisini "Şüuraltı Labirint" adlandırıb.
Həkim təcrübəsi, psixologiya və fəlsəfəyə marağı ona irrasional yönlü incəsənəti, yəni insan şüurunun nəzarəti olmadan gərçəkləşən incəsənəti dərk etməyə kömək edir.
Rəssam yaradıcılıq prosesini dərk etmək, yaradıcılıq prosesində şüurumuzun nə qədər prosesə cəlb olunduğunu, fəaliyyətimizin hansı hissəsi şüursuz şəkildə baş verdiyini və bu prosesdə daha çox rassional və yaxud irrasional yönlü yaradacılığın üstünlük təşkil etdiyini araşdırmağa çalışır.
Ayla Insanova bəzi fikirləri təhlil edərək, məsələn;“Hər forma bizə baxan bir üzdür” və bizi dialoq yaratmağa təşviq edir (Serge Danei) və ya “ Incəsənət əsərini tamaşaçı yaradır” (Marsel Duchamp), tamaşaçı ilə əsər arasında şüuraltı səviyyədə dialoq yaranmasının mümkünlüyünü düşünür. Hər bir tamaşaçı şüuraltı incəsənət əsərinə öz təcrübəsinə, qayğısına, sevincinə və psixologi statusuna görə fərqli reaksiya sərgiləyir və özünəməxsus şəkildə şərh edə bilir. Rəssamın araşdırması əsərləri ilə tamaşaçının şüuru və şüuraltı səviyyədə yaranan psixoloji dialoqudur. Bu səbəbdən o, əsərlərinı tamamlamamağa meyillidir və tamaşıçılara əsərlərini onların daxili dünya görüşünə, hisslərinə, emosiyalarına uyğun olaraq tamamlamaq şansını verir.

RƏSSAM AYLA XANIM İNSANOVANIN ÖZ ƏSƏRLƏRİ İLƏ İŞTİRAK ETDİYİ SƏRGİLƏRİN SİYAHISI.

2023
- “ Şüuraltı Labirint” solo sərgi. Azərbaycan Rəssamlar İttifaqı. Bakı, Azərbaycan.
-“Influmine”. Abbazia Akademiyası, Roma, İtaliya.
-“Artexpo Spring Rome 2023”. Roma, İtaliya
-“Azərbaycan obrazlarının Azərbaycan İncəsənətində rolu”. ADRA. Bakı, Azərbaycan
2022
-“Şuşa” adlı sərgı. Azərbaycan Rəssamlıq İttifaqı. Bakı, Azərbaycan.
-“Open day” Roma Rəssamlıq Universiteti. Roma, İtaliya
-“VII beynəlxalq sərgi”. Unesco Prraeus və Adalar klubu. Afina, Yunanıstan.
-“Art Shopping” sərgisi. Carrousel du Louvre. Paris, Fransa.
-“Digital Summer Show”. Müasir digital incəsənət muzeyi, MOCDA, Italiya
-“Beynəlxalq online İncəsənət sərgisi”. London,UK
-“L’Art dessine le la Paix” beynəlxalq müsabiqə. Paris, Fransa.
2021
-“L’art destine le Chemin de la Paix”. Unesco Assosiasiyası, mədəniyyət diplomatiyasının beynəlxalq
assosiasiyası, Toqrul Nərimanbəyov adına assosiasiya. Paris, Fransa.
-“İ Love Georgia” adli sərgi. Gürcustan İncəsənət gildiyası.
-“Beynəlxalq qadınlar gününə həsr olunan virtual sərgi”. Unesco klubu.
-“ Art Draws A path for Peace” Unesco assosiasiyası. Toqrul Narimanbekov assosiasiyası.
-“7 Gözəl” adlı sərgi. Azərbaycan Mədəniyyət Nazirliyi. Bakı, Azərbaycan.
-“Novruz” adlı sərgi. Azərbaycan Mədəniyyət Nazirliyi.Bakı, Azərbaycan.
2020
- “Beaute Du Martin Calme” qalereyası. Paris, Fransa.
2019
-“Art Shopping”. Carrousel du Louvre. Paris, Fransa.
-“Union” adlı sərgi. ADRA
-“Art Expo 2019” Art Gallery Rome. Roma, İtaliya
-“Duyğular” Adlı sərgı. Azərbaycan İncəsənət Muzeyi. Bakı, Azərbaycan.
-“İnternational Action Art and Act through Art”. beynelxalq sərgi.
-“Dünündən bugünə” adlı sərgi. Azərbaycan Rəssamlıq İttifaqı. Bakı, Azərbaycan.
-“13-cü nar festivalı”. Azərbaycan Təhsil Nazirliyi. ADRA. Bakı, Azərbaycan.
2018
-“Rosentaq” adlı fərdi sərgi. ADRA. Bakı, Azərbaycan.
-“8 mart rəssamların gözü ilə” Azərbaycan Rəssamlıq İttifaqı. Bakı, Azərbaycan.
-“AZNAR“ ADRA və Azərbaycan Təhsil Nazirliyinin ortaq proyekti. Bakı, Azərbaycan.
2017
-“Muzeydə vakansiya” adlı proyekt. Əməkdaşlığa görə təşəkkür certifikatı. Azərbaycan İncəsənıt Muzeyi.
- Türkiyə səfirliyində təşkil olunan sərgi. Bakı, Azərbaycan.
-“Almaniya Bir Rəssamın Gözü İlə” adlı sərgı. Almaniya Səfirlihi. Bakı.Azərbaycan.
2016
-“Elegance” adlı sərgi. Azərbaycsn Rəssamlıq İttifaqı. Bakı. Azərbaycan.
-“ Yaradıcı Qadınlar” adlı sərgı. Azərbaycan Rəssamlar İttifaqı. Bakı. Azərbaycan.
-“ Sülh” adll sərgi. Mədəniyyət və İncəsənət Assosiasiyası. Bakı, Azərbaycan.
-“Port Baku” müsabiqəsi, II yer. Bakı, Azərbaycan.
2015
-“Kadın və Sanat” festivalı. „ If woman create“. Marmaris Mədıniyyət mərkəzi. Türkiyə/