MÜZƏFFƏR SƏRKƏRDƏ TİTULU PREZİDENT İLHAM ƏLİYEVİN ŞƏRƏFLİ HAQQIDIR ! - 27.09.2023

    Sentyabrın 27-də Anım Günündə Azərbaycan Respubikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər Parkında olublar.
    Dövlətin Başçısı və Birinci xanım parkın girişində xatirə daşının önünə gül dəstələri qoyublar.
Prezident İlham Əliyev 2020-ci ildə dekabrın 3-də imzaladığı sərəncamda Azərbaycan Xalqının Vətən Müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığı və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, Şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin yaradılmasını tapşırmışdır.
    Hazırlanmış layihə əsasında 8 Noyabr prospektində inşa olunan Zəfər Parkının tarixi qələbəmizin başlanğıc günü olan sentyabrın 27-də, Qarabağın azadlığı uğrunda qəhrəman Şəhid əsgər və zabitlərimizin Anım Günü münasibətilə Bakı şəhərinin əhalisi gün ərzində axın-axın ziyarət etməkdədirlər.
Haqq Ədalət Partiyasının İdarə Heyəti geniş tərkibdə Azərbaycanda fəaliyyət göstərən digər siyasi partiyalarla birlikdə inşası davam etdirilən Zəfər Parkında olduq və parkın girişində xatirə daşının önünə gül dəstələri düzdük, Şəhidlərimizin ruhlarına dualar oxuduq.
    Doğma Qarabağ torpaqlarımızın 30 ildən sonra Silahllı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə işğaldan tam azad olunmasını qürür hissi ilə dilə gətirdik, Ümumilli Liderimiz Heydər Əliyevin vəsiyyətlərinin tarixi qələbə ilə başa çatdırdığına görə qürurla qeyd etdik ki, MÜZƏFFƏR SƏRKƏRDƏ TİTULU PREZİDENT İLHAM ƏLİYEVİN ŞƏRƏFLİ HAQQIDIR !