Milli Dirəniş Günümüz!
Milli Dirəniş Günü ilə bağlı Haqq Ədalət Partiyasının rəhbər orqanları təmsilçilərinin iştirakı ilə 2023-cü il yanvar ayının 19-da Şəhidlər Xiyabanı ziyarət edildi.
Qanlı 20 yanvar və Qarabağ Şəhidlərimizin məzarlarını, 1918-ci il sentyabrın 15-də paytaxtımız Bakı şəhərini menşevik-daşnak işğalından azad edərkən Şəhid olmuş Qafqaz-İslam Ordusunun əsgər və zabitlərinin şərəflərinə ucaldılmış abidəni böyük ehtiram və hörmətlə ziyarət etdilər, tər güllər düzdülər.
Qəhrəman xalqımızın tarixinə şanlı səhifələr yazmış unudulmaz Şəhidlərimizin ruhlarına dualar oxudular, Allahdan rəhmət dilədilər.
Milli Dirəniş Günü Şəhidlərimizin bizə bəxş etdikləri ən böyük qürur mənbəyimizdir!