MİLLİ QƏHRƏMANIMIZ ALBERT AQARUNOVUN AD GÜNÜ QEYD EDİLDİ

       Aprel ayının 25-də Haqq Ədalət Partiyasının bir qrup üzvü ilə Şəhidlər Xiyabanına gələrək, Azərbaycan Respublikası Müdafiə Nazirliyi əməkdaşlarına, Azərbaycan Dağ Yəhudiləri icmasının üzvlərinə, İsraildən gəlmiş qonaqlara və çoxsaylı digər vətəndaşlarımıza qoşularaq, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun məzarı üzərinə tər qərənfillər düzərək ad gününü qeyd etdilər.
Sonra mərasim Nərimanov rayonunda Milli Qəhrəmanın abidəsi önündə davam etdirildi.
       Haqq Ədalət Partiyası adından abidə önünə qızılgüllərdən düzəldilmiş və Azərbaycan, İsrail milli bayraqları ilə bəzədilmiş əklili qoyuldu. “MARİYA” İsrail - Azərbaycan Qrupunun göndərdiyi gül səbətini də abidə önünə qoyuldu. Abidə önündə keçirilən mitinqi Müdafiə Nazirliyinin əməkdaşı polkovnik Abdulla Qurbani açaraq, Qəhrəman haqqda ürək sözlərini söylədi. Çıxışların sonunda İsraildən gəlmiş Milli Qəhrəmanın böyük qardaşı Rantik Aqarunov çıxış edərək, tədbir iştirakçılarına ailəsi adından öz təşəkkürünü bildirdi. Bundan sonra Azərbaycanın dövlət himni səsləndirildi.
      Tədbirdən sonra, Milli Qəhrəmanımız Albert Aqarunovun böyük qardaşı Rantik Aqarunovu, xalası qızları Rahibə Qurbanovanı və tanınmış bəstəkar-müğənni Dua Muradı (Aynur Qurbanova) qəhrəmanın digər doğmaları və yaxınları ilə Haqq Ədalət Partiyasının Mərkəzi Qərargahına dəvət edilərək və çay süfrəsi arxasında xatirələr danışıldı və fikir mübadiləsi aparıldı.
     Tədbirin təşkilində aktiv iştiraklarına görə HƏP sədrinin müavini Emil Mehdiyevə, partiya sədrinin Təşkilatı məsələlər və azsaylı xalqların işləri üzrə müşaviri Əliyar Şirməmmədova, milliyyətcə Yəhudi olan vətəndaşlarımızın işi üzrə HƏP sədrinin müşaviri Sevinc Abramoviçə və digər partiyadaşlarımıza təşəkkür edirik.