QƏHRƏMANLIQ TARİXİMİZ! - 19.01.2024
Əsas səhifə / QƏHRƏMANLIQ TARİXİMİZ! - 19.01.2024
Haqq Ədalət Partiyasının Mərkəzi Təşkilatları rəhbərləri ilə birlikdə 19 yanvar 2024 - cü ildə Şəhidlər Xiyabanına ziyarətə gəldik.
Qanlı 20 Yanvar və Qarabağ Şəhidlərimizin məzarlarını, 1918-ci il sentyabrın 15-də paytaxtımız Bakı şəhərini kommunistlərin və daşnakların işğalından azad edərkən Şəhid olmuş Qafqaz - İslam - Türk Ordusunun əsgər və zabitlərinin şərəflərinə ucaldılmış abidəni böyük ehtiram və hörmətlə ziyarət etdik, önünə tər güllər düzdük.
Xalqımızın tarixinə şanlı səhifələr yazmış unudulmaz Şəhidlərimizin ruhlarına dualar oxuduq, Allahdan rəhmət dilədik.
Dərin ehtiramla,
HƏP sədri Əli İnsanov.