AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ İLHAM ƏLİYEV CƏNABLARINA - 08.02.2024

Möhtərəm cənab Prezident !

    Sizi, 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Prezident seçkilərində xalqımızın böyük etimadı ilə qazandığınız inamlı və parlaq qələbə münasibətilə Haqq Ədalət Partiyasının bütün üzvləri adından ürəkdən təbrik edirəm.

Möhtərəm cənab Prezident !

    Sizin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyinizi xalqımız böyük sevinclə qarşıladı. Çünki bu tarixi hadisə ölkəmizdə tərəqqinin, əmin-amanlığın və haqq ədalətin qarantıdır.
    Sizə, özünüzün tərtib etdiyiniz Böyük Qayıdış Proqramının uğurla başa çatdırılmasında və bütövlükdə Azərbaycan xalqının yüksək rifahı, ölkəmizin hərtərəfli davamlı inkişafı yolunda görəcəyiniz işlərdə böyük uğurlar, uzun ömür, möhkəm cansağlığı və ailə xoşbəxtliyi arzulayıram.
Dərin hörmət və ehtiramla,
HƏP sədri Əli İnsanov.
8 fevral 2024-cü il.