AZƏRBAYCANIN ENERJİ SEKTORUNDA UĞURLARI DAVAM EDİR - 17.02.2023
Əsas səhifə / AZƏRBAYCANIN ENERJİ SEKTORUNDA UĞURLARI DAVAM EDİR - 17.02.2023
17 fevral 2023 - cü il tarixində Avropada Münxen konfransı çərçivəsində " Boru kəmərlərinin məqsədi : gələcəyin enerji təhlükəsizliyi " mövzusuna həsr olunmuş dəyirmi masa keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak etmişdir.
Dövlətimizin başçısı çıxış edərək Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhvələrdən bəhs etmişdir. Ötən il Azərbaycandan Avropa qitəsinə qaz təhcizatının artırılmasını bildirmişdir. Qısa, orta və uzun müddətli perspektivlər üçün Cənub Qaz Dəhlizinin genişləndirilməsini qeyd etmişdir. Azərbaycan prezidenti 2027 - ci ilədək TAP - la qaz nəqlini indiki 11 milyard kubmetrdən 20 milyard kubmetrə, TANAP -la isə 16 milyard kubmetrdən 31 milyard kubmetrə çatdırılmasının nəzərdə tutulduğunu konfrans iştirakçılarının diqqətinə çatdırmışdır.
Ötən il Bakıda Avropa Komissiyasının Prezidenti Ursula Fon Der Lyayenin iştirakı ilə Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memerandumunun imzalandığını xatırlatmışdır. Bu sənədə uyğun olaraq Azərbaycanla Avropa İttifaqının əməkdaşlığının müsbət xətt üzrə inkişaf etdiyini bildirmişdir.
Qaz - neft sahəsində mövcud əməkdaşlıqdan əlavə Azərbaycanla Avropa arasında bərpaolunan enerjinin də təchizatının mümkünlüyünü qeyd etmişdir.
Prezident İlham Əliyev tədbir iştirakçılarına artıq 25 qeqawat enerji istehsalı ilə bağlı sənədlərin imzalandığı barədə də məlumat vermiş ; Azərbaycanın istehsal etdiyi yaşıl enerjinin daxili istehlakçılarla yanaşı, Avropaya da ixrac ediləcəyini ; qitənin orta və uzunmüddətli enerji təhlükəsizliyinə töhvə verəcəyini xüsusi vurğulamışdır.
Konfransda çıxış edənlər də Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığını, enerji təhlükəsizliyinə verdiyi töhvəsini yüksək qiymətləndirmişlər.
Ölkəmizin enerji sektorunda irəliləməsi təqdirəlayiqdir. Hesab edirik ki, iqtisadi sahədə inkişaf, Respublikamızın siyasi müstəvidə də söz sahibinə çevrilməsinə töhvə verir. Əldə olunan uğurlar Prezident İlham Əliyevin rəhbərliyi altında Dövlətimizin doğru siyasət apardığının göstəricisidir.
HƏP İdarə Heyəti.
17 fevral 2023-cü il.
17 fevral 2023-cü il.