DAXİLİ İŞİMİZƏ KƏNARDAN HEÇ KİM QARIŞA BİLMƏZ - 21.02.2023

Məlum olduğu kimi fevralın 17 və 18 də Münhendə təhlükəsizlik məsələləri üzrə konfrans keçirilmişdir. "Dağları aşmaq Cənubi Qafqazda təhlükəsizliyin qurulması mövzusu" çərçivəsində təşkil edilmiş tədbirdə ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olmuşdur.
Məlumat üçün bildirək ki, Azərbaycan və Ermənistan rəhbərləri sonuncu dəfə Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə ötən ilin oktyabrın 31 - də Soçi şəhərində görüşmüşdülər.
Münxendə tərəflər əsasən regional nəqliyyat infrastrukturunun açılması və iki ölkə arasında delimitasiyanın həyata keçirilməsi məsələsini müzakirə etmişlər.
Geosiyasi vəziyyyətlə bağlı məsələlərdən danışan İlham Əliyev bildirib ki, Rusiya Ukrayna müharibəsi fonunda Mərkəzi Asiyadan daşınan yüklərin miqdarı çoxalmışdır. Yüklər Azərbaycan üzərindən keçən Orta Dəhliz vasitəsilə Avropaya yönəldilir. "Özünü yaxşı aparan" qonşu dövlətlər də ORTA DƏHLİZDƏN istifadə edə bilər. Bu real fikrin qabağında Paşinyan susmağa məcbur olub.
Prezidentimiz Laçın dəhlizinin həmişə açıq olduğunu aşağıdakı faktlarla sübut edib :
1) Ötən ilin dekabr ayının 12 - dən, yəni, vətəndaş cəmiyyəti fəallarımız keçid məntəqəsinə gələndən indiyə kimi 2500 - dən çox nəqliyyat vasitəsi, o cümlədən Rusiya sülhməramlılarının yük maşınları ;
2) Qırmızı Xaç Beynəlxalq Cəmiyyətinin avtomobilləri Laçın dəhlizindən keçib. 100 - dən çox xəstə müalicə almaq məqsədiylə Laçın dəhlizi vasitəsilə Qarabağdan Ermənistana aparılıb ;
3) Vardanyanın Xankəndindən İrəvana, oradan Moskvaya və yenidən geri qayıtması da sübut edir ki, Laçın dəhlizi bizim ekofəallarımız tərəfindən bağlanmayıb. Yalan məlumatlar yaymaqla ermənilər yenə dünya ictimaiyyətini aldadır. Bu faktlar qarşısında Erməni baş nazir söz tapmayıb.
Azərbaycan Prezidenti erməni tərəfini faktlar və məntiqli izahları ilə susdurub.
İlham Əliyev Qarabağda yaşayan ermənilərin iddialarına da öz prinsipal mövqeyini bildirib :
Artıq siyasi termin olaraq " Dağlıq Qarabağ " anlayışı yoxdur. Biz, Qarabağda doğulan, orada yaşayan etnik ermənilərlə danışıqlara hazırıq. Çünki onlar bizim vətəndaşlarımızdır. Ancaq "desant " missiyası ilə məşğul olan Ruben Vardanyan kənardan göndərilmişdir. Onun heç heç bir halda Qarabağda yaşayan erməniləri TƏMSİL etmək səlahiyyəti, haqqı və hüququ yoxdur. Qarabağa doldurulmuş cinayətkarlar məhv ediləcək.
KƏNARDAN AZƏRBAYCANIN DAXİLİ İŞİNƏ HEÇ KİM QARIŞA BİLMƏZ deyən Prezidentimiz Münhendən bütün dünyaya açıq mesaj göndərdi.

HƏP İdarə Heyəti.