HAQQ ƏDALƏT PARTİYASININ ÜZVLƏRİ QARDAŞ TÜRKİYƏYƏ YARDIMLAR EDİR. - 10.02.2023


Qardaş ölkədə ağır zəlzələ nəticəsində zərər çəkmişlərə yardım üçün Haqq Ədalət Partiyası İdarə Heyətinin üzvləri topladıqları min manat pul vəsaitini bu gün - fevralın 10 -da Bakıda fəaliyyət göstərən Türkiyə Cumhuriyyətinin Ziraat bankında açılmış xüsusi hesaba köçürdülər.
Eyni məqsədlə HƏP-in Moskva şəhərində yerləşən Rusiya Federasiyası Regional Mərkəzinin sədri Nəriman Gülmalıyev partiya üzvləri adından Moskva şəhərində bu məqsədlə açılmış bank hesabına dünən, fevralın 9-da 150000 (yüz əlli min) rubl köçürdülər.
HƏP Ali Məclisinin üzvü Elçin Verdiyev də dünən, fevralın 9-da zərərçəkmişlərə yardım məqsədi ilə İstanbul şəhərində açılmış bank hesabına 18820 ( on səkkiz min səkkiz yüz iyirmi) TL köçürmüşdür.
Türkiyə başın sağ olsun, hər zaman səninləyik!
Təbii fəlakətdə dünyasını dəyişənlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirik.