HƏP ALİ MƏCLİS KOMİSSİYALARININ GENİŞ İCLASI KEÇİRİLDİ

    2023-cü il iyul ayının 8-də Haqq Ədalət Partiyasının Mərkəzi Qərargahında partiyanın Ali Məclisi Komissiyalarının geniş iclası keçirilmişdir.
İclasda Əli İnsanov giriş sözü ilə çıxış edərək qeyd etdi ki, HƏP Ali Məclisinin 29-30 aprel 2021-ci il tarixli sessiyasında Ali Məclisin aşağıda adları çəkilən 14 komissiyasının yaradılması barədə qərar qəbul edilmişdir.

1. Müdafiə, Təhlükəsizlik və Korrupsiya Komissiyası - sədr
Natiq Məmmədov.
2. Hüquq Siyasəti və Dövlət Quruculuğu Komissiyası - sədr
Babək Adıgözəlov.
3. Aqrar Siyasət Komissiyası - sədr Səfəralı Əliyev
4. Ailə, Uşaq və Qadın Məsələləri Komissiyası - sədr Xalidə
Məmmədova.
5. Mədəniyyət Komissiyası - sədr Eyvaz Əliyev
6. İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komissiyası - sədr
Rəşad Məhəmmədov.
7. Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komissiyası - sədr
Zeynal Həmidov.
8. Elm və Təhsil Komissiyası - sədr professor Nazilə Abbaslı.
9. İctimai Birliklər - Dini Qurumlar Komissiyası - sədr Əliqismət
Əzizov.
10. Səhiyyə, Əmək və Sosial Siyasət Komissiyası - sədr Bildirçin
Davudova.
11. İnsan Hüquqları Komissiyası - sədr Əmir Çıraqəliyev.
12. Regional Məsələlər Komissiyası - sədr Mərdan Rizayev.
13. Beynəlxalq Münasibətlər və Partiyalararası Əlaqələr
Komissiyası - sədr Eldəniz Məsimov.
14. Gənclər və İdman Komissiyası - sədr əvəzi Səbinə İnsanova.
    Əli İnsanov çıxışını davam etdirərək bildirdi ki, HƏP İdarə Heyəti yuxarıda göstərilən komissiyaların sədrlərinin seçilməsini, işçi qruplarının yaradılmasını, müxtəlif sahələr üzrə islahatlara dəstək və yeni islahat layihələrini hazırlamaq məqsədilə hər bir komissiyanın fəaliyyət konsepsiyasının yaradılmasını HƏP Ali Məclisinə və şəxsən ona sədrlik edən Zəlimxan Məmmədliyə tapşırmışdır.
    Partiya quruculuğunda, rəhbər vəzifələrdə böyük təcrübə toplamış, tanınmış siyasi xadim Zəlimxan Məmmədli komissiya sədrləri ilə bu işin öhdəsindən uğurla gəlmiş və 1 ildən artıq müddətdə hər bir komissiyanın fəaliyyət konsepsiyasını müasir tələblərə uyğun olaraq yüksək peşəkarlıqla hazırlaya bilmişlər.
    Əli İnsanov sonra qeyd etdi ki, komissiyaların səlahiyyətlərində olan əsas məsələlər partiya sədrinin, İdarə Heyətinin və Ali Məclisin sədrinin tapşırıq və tövsiyələri ilə səhalər üzrə demokratik cəmiyyət quruculuğuna, siyasi-hüquqi, humanitar, iqtisadiyyat, insan hüquqları və azadlığı təmini, sosial-siyasət, elm və təhsil, səhiyyə, müdafiə və təhlükəsizlik və digər sahələr üzrə islahatlar paketini, proqram layihələrini hazırlayıb təbliğ etməklə bərabər, başqa inkişaf etmiş və inkişafda olan dövlətlərin mütərəqqi təcrübələrini öyrənərək, milli mental dəyərlərimizi qorumaqla fəaliyyət proqramını hazırlayıb Ali Məclisin sessiyasına təqdim etməkdir.
    Komissiyaların tərkibi Ali Məclis üzvlərindən yaxud təcrübəli islahata meyilli partiyanın kursunu dəstəkləyən təəssübkeşlərdən ibarət olur. Komissiyalar fəaliyyətlərinin səmərəliyini artırmaq üçün müvafiq sahələr üzrə mütəxəssislərin təcrübəsindən yararlana, onları komissiyanın işinə cəlb edə bilərlər.
Hazırlanmış proqram sənədlər daima təkmilləşdirilməli, yeniliklərlə genişləndirilməlidirlər.
Sonra çıxış üçün söz Ali Məclisin sədri Zəlimxan Məmmədliyə verildi. O, görülən işlərdən danışdı, komissiyaların iştirakı ilə keçirilən iclaslarda aparılan müzakirələrdən söz açdı, hazırlanmış sənədlərin HƏP Ali Məclisinin Rəyasət Heyətində müzakirə olunduqlarını və İdarə Heyətinin iclasında baxılaraq Ali Məclisin növbəti sessiyasında təsdiq olunmaq üçün tövsiyə olunduğunu qeyd etdi.
    Ölkəmizdə aparılan islahatlara dəstək olmaq üçün bu sənədləri gələcəkdə Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim oluna bilməsini dilə gətirdi. Zəlimxan Məmmədli proqram sənədlərinin hazırlanmasında aktiv iştiraklarına və səmərəli fəaliyyətlərinə görə komissiya sədrlərinə və işçi qruplarına öz təşəkkürünü bildirdi.
    Sonra ardıcıl olaraq bütün komissiya sədrləri çıxış etdilər və komissiyaların fəaliyyət proqramlarındakı ayrı-ayrı müddəaları şərh etdilər.
İclasın sonunda Əli İnsanov çıxışını yekunlaşdıraraq, qısa müddət ərzində komissiyaların formalaşmasında və proqramların hazırlanmasında aktiv iştirak və rəhbərlik etmiş Zəlimxan Məmmədliyə və bütün komissiya sədrlərinə partiyanın rəhbərliyi adından təşəkkür elan etdi.