HAQQ ƏDALƏT PARTİYASI İDARƏ HEYƏTİNİN İCLASI - 12.01.2023

                                                                                                G Ü N D Ə L İ K :

1) HƏP Ali Məclisinin Mədəniyyət Komissiyasının hazırladığı proqramın təsdiqi.
Məruzəçilər : HƏP Ali Məclisinin sədri Zəlimxan Məmmədli, Komissiya sədri Eyvaz Əliyev.
2) HƏP Naxçıvan MR Culfa Rayon Təşkilatı sədrinin təsdiqi.
Məruzəçilər : Nazilə Abbaslı, Murad Bayramoğlu.
3) HƏP-ə yeni qəbullar.
Məruzəçi : Elşən Bayramlı.
Gündəlikdəki birinci məsələ ilə bağlı HƏP Ali Məclisinin Mədəniyyət Komissiyasının proqramı təqdim olundu. Partiyanın proqram sənədinə uyğun olaraq, HƏP müasirliyi, dünyəvi elmi və mədəni dəyərlərini, öz mental dəyərlərini qoruyub saxlamaq şərti ilə bütün demokratik cəmiyyətlərə irsi adət-ənənələrə hörmətlə yanaşmağı öyrədib-öyrənməyi özünün əsas qaydalarından hesab edib. Mədəniyyət siyasətinin prioritetləri kimi aşağıdakılar nəzərdə tutulur :
1. Mədəni və tarixi irsin mühahizəsi,
2. Yaradıcılığın dəstəklənməsi,
3. Sahənin hüquqi-elmi informativ inkişafı,
4. Kadr hazırlığı və gənc istedadların dəstəklənməsi,
5. Milli kinematoqrafiyanın dirçəlməsi və inkişafı,
6. Mədəniyyət Turizmi infrastrukturunun yaradılması və inkişafı, kitab nəşrinin inkişafı.
HƏP Ali Məclisinin Mədəniyyət Komissiyası bir sıra vacib prinsiplərə əsasən öz fəaliyyətini qurmağa əsas vəzifə bilir :
1. Regionlararası mədəni əlaqələrin möhkəmləndirilməsi,
Milli Mədəniyyətin Ümumdünya mədəni proseslərinin inteqrasiyası.
2. Azərbaycan Respublikasının mədəni irsinin qorunmasının təmin edilməsi o cümlədən, daşınar mədəniyyət sərvətlərinin, muzey fondlarının sayının artırılması.
3. Ölkənin tarixi-mədəni irsini və mədəni potensialının qorunması və bu məqsədlə muzey işi sahəsində sistemli islahatların aparılması.
4. Kitabxana fondlarında müasir komplektləşdirmə mexanizminin yaradılması, kitabxanaların informasiya təminatı və ölkə üzrə kitabxana-informasiya kompüter şəbəkəsinin yaradılması və inkişafı.
5. Mədəniyyət obyektləri və digər sahələr arasında əməkdaşlıq və kooperasiya sisteminin yaradılması.
Geniş sual-cavabdan sonra ümumi səsvermə ilə proqram layihəsi təsdiq olundu və qərara alındı ki, yuxarıda göstərilən bütün bu prinsiplər üzrə işlər aparılarsa, regionların sosial iqtisadi inkişafı kontekstində mədəniyyətin inkişafına təkan verəcəkdir.
Avrasiyada xüsusi geosiyasi mövqe tutan bir neçə mədəniyyətlərin qovuşunda yerləşən və öz tolerantlığı ilə seçilən Azərbaycan Respublikası sivilizasiyalararası dialoqa nümunə ola bilər.
İkinci məsələ ilə bağlı HƏP Naxçıvan Muxtar Respublikası Culfa Rayon Təşkilatının yeni seçilmiş sədri ali təhsilli mütəxəssis, Çingiz Məhərrəmov sual-cavablardan sonra həmin vəzifəyə təsdiq olundu.
Beləliklə, Haqq Ədalət Partiyasının respublika üzrə 84-cü rayonunda partiya təşkilatı yaradılmış oldu.
Üçüncu məsələ ilə bağlı HƏP-ə üzv olmaq üçün verilən ərizələrdən 67 nəfərin ərizəsinə baxıldı və səsvermə yolu ilə partiyaya qəbul olundular.