HƏP İDARƏ HEYƏTİNİN RAYON TƏŞKİLATLARININ SƏDRLƏRİ İLƏ BİRGƏ İCLASI - 21.01.2023

        21 yanvar 2023-cü il Haqq Ədalət Partiyasının Mərkəzi Qərargahında respublikanın bir sıra rayonlarının sədrləri ilə quruculuq işləri ilə bağlı iclas keçirilmişdir.
        Partiyada təbliğat işinin aparılması nəzərə çarpan səhvlərlə müşahidə olunur. İdarə Heyətinin qəbul etdiyi qərarlar və tövsiyələr yerlərdə partiya üzvlərinə vaxtında çatdırılmır. Bu çatışmamazlıqlar partiyanın inkişafında durğunluğa səbəb olur.
        Ətraflı çıxışlarda və müzakirələrdə yol verilən nöqsanlar dilə gətirildi, rayon partiya təşkilatlarına tapşırıqlar verildi və icrası üçün müddət təyin olundu.
        Siyasi partiyalar haqqında qəbul olunmuş qanuna uyğun olaraq, HƏP-in yenidən dövlət qeydiyyatına alınması üçün görüləcək işlərlə bağlı fəaliyyət bölgüsü aparıldı və icra müddəti təyin olundu.