AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ - 20.09.2023

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ.

Möhtərəm cənab Prezident !

Siz Azərbaycanın şanlı Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi Türkmənçay müqaviləsindən üzü bəri 200 il davam edən ermənilərlə - azərbaycanlılar arasında aktiv münaqişəni xalqımızın tarixi qələbəsi ilə başa vurmağınızla dünya azərbaycanlılarına əbədi xoşbəxtlik, baş ucalığı və sevinc bəxş etmiş oldunuz, Ümummilli Liderimiz Heydər Əliyevin isə ruhunu şad etdiniz.
Bu şanlı qələbəniz Sizin təkcə hərbi qələbəniz deyil, tarixi qalib sərkərdələrimizdən fərqli olaraq, həm də zamanəmizin dünyaca nüfuzlu siyasi liderlərinin Sizinlə qarşıdurmalarında siyasi - diplomatik qələbənizdir.

Möhtərəm cənab Prezident !

Sizi Haqq Ədalət Partiyasının bütün üzvləri adından ürəkdən təbrik edir, Xalqımızın rifahı və ölkəmizin davamlı inkişafı uğrunda görəcəyiniz işlərdə böyük uğurlar, möhkəm cansağlığı və ailə xoşbəxtliyi arzulayıram.

Dərin ehtiramla,
HƏP sədri Əli İnsanov.

20 sentyabr 2023-cü il.