PREZİDENT İLHAM ƏLİYEV AZƏRBAYCANIN ƏN YENİ TARİXİNİN ŞANLI SƏHİFƏLƏRİNİ YAZIR ! - 07.11.2023

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
İLHAM ƏLİYEV CƏNABLARINA.

Möhtərəm Cənab Prezident !

Sizi 8 noyabr ZƏFƏR GÜNÜ münasibətilə Haqq Ədalət Partiyasının bütün üzvləri adından ürəkdən təbrik edirəm!

Möhtərəm Cənab Prezident!

Siz, ölkəmiz üçün tarixi ağır yük olan, yüzilliklərin Qarabağ problemini Azərbaycanın xeyrinə sona çatdırmaqla həllinin mümkünlüyünə ümidini itirmiş xalqımızı böyük sevinc və xoşbəxtliyə qovuşdurdunuz!
Dünyada çoxsaylı oxşar münaqişələrin həlli ilə onilliklərlə çarpışan böyük güclərə və siyasi liderlərə örnək oldunuz.
Sizin edə bildiklərinizin müqabilində Xüsusi Adla tarixə düşməyiniz doğal haqqınızdır. Azərbaycan xalqına isə Sizi Qarabağ Fatehi adlandırmağa haqq qazandırdınız.
İkinci Dünya Müharibəsindən sonra dağılmış Almaniyanı kansler Konrad Adenauer necə yenidən qurub-yaradaraq qısa illər ərzində Avropanın ən güclü iqtisadiyyatına çevirdiyi kimi, Siz də Böyük Qayıdış Proqramını uğurla həyata keçirməklə Azərbaycanı firəvan və ən güclü dövlətlərdən birinə çevirməyiniz şübhəsiz reallıqdır.

Möhtərəm Cənab Prezident!

Siz, Azərbaycanın ən yeni tarixinin şanlı səhifələrini yazırsınız. Böyük uğurlarınızla fəxr edir və qürur duyuruq! Sizi bir daha xalqımıza əta etdiyiniz 8 Noyabr Zəfər Günü münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, ailə xoşbəxtliyi və xalqımızın rifahı, ölkəmizin daha da inkişafı yolunda gördüyünüz işlərdə böyük uğurlar arzulayıram.

   Dərin hörmət və ehtiramla,
   HƏP sədri Əli İnsanov.

   7 noyabr 2023-cü il.