QARDAŞ TÜRKİYƏNİN YANINDAYIQ ! - 09.02.2023

     Haqq Ədalət Partiyasının Mərkəzi Qərargahında bu ilin fevral ayının 6-da Qardaş Türkiyənin bir sıra vilayətlərində baş vermiş ağır zəlzələ nəticəsindəki durum partiyanın İdarə Heyətinin iclasında müzakirə olunmuşdur.
     Qərara alınmışdır ki, partiyanın üzvləri Azərbaycan Xalqının nəcib əməllərinə qoşularaq, zəlzələ nəticəsində zərərçəkmişlərə maddi yardım kampaniyasına qoşulsunlar və şəxsi vəsaitləri hesabına Türkiyə Cumhuriyyəti Ziraat Bankasının Bakı filialında Türkiyəyə yardım məqsədilə açılmış xüsusi hesaba pul vəsaitləri köçürsünlər. Bu məqsədlə HƏP sədrinin köməkçisi Rəşad Abbaslıya təşkilatı məsələlələrin icra edilməsi tapşırılmışdır.
     Haqq Ədalət Partiyasının Moskva şəhərində yerləşən Rusiya Federasiyası Regional Mərkəzinin sədri Nəriman Gülmalıyevin rəhbərliyi ilə partiya üzvləri Moskva şəhərindəki Türkiyə səfirliyini ziyarət etmiş, xeyli miqdarda geyim və məişət üçün lazım olan əşyaları təqdim etmiş və maddi yardım məqsədilə xüsusi açılmış bank hesabına 150.000 rubl köçürmüşlər.
     HƏP İdarə Heyətinin üzvləri fəlakət nəticəsində həlak olanları 1 dəqiqəlik sükutla yad etmiş, ruhlarına dualar oxumuşlar. Dünyasını dəyişənlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləmişlər.