SÜLH GÖYƏRÇİNLƏRİMİZİ TƏBRİK EDİRƏM !

SÜLH GÖYƏRÇİNLƏRİMİZİ TƏBRİK EDİRƏM !

       Azərbaycan xalqının Milli Yeni İl bayramı kimi böyük sevgi ilə qeyd etdiyi Novruz bayramı münasibətilə Hüquq - Müdafiə Təşkilatları Monitorinq qrupunun üzvləri, hüquq müdafiəçiləri Novella xanım Cəfəroğlunu, Səidə xanım Qocamanlını və Səadət xanım Bənənyarlını ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, şəxsi həyatlarında xoşbəxtlik və xalqımız üçün çox gərəkli, şərəfli fəaliyyətlərində davamlı uğurlar arzulayıram.
      Onların geniş fəaliyyətləri daxilində həm də məhbus insanların, xüsusilə də ağır siyasi məhbus həyatı yaşayan insanların azadlığa qovuşmaları üçün bu fədakar, zərif xanımların istər ölkəmiz daxilində, istərsə də xaricdə Beynəlxalq təşkilatlarla yorulmadan apardıqları işləri nəticəsində azadlığa qovuşanlardan biri də mən olmuşam.
      Həbsdə olduğum müddətdə mənə dəfələrlə baş çəkmələri, göstərdikləri diqqət və qayğıları, mənəvi dəstəkləri məndə onlara qarşı böyük bir insan sevgisi yaratmış və qəlbimdə silinməz izlər qoymuşdur.
      Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra ölkəmizdə ilk hüquq müdafiəçiləri İNSTİTUTUNU yaratmış Novella xanım, Səidə xanım və Səadət xanım saysız-hesabsız insanlara AZADLIQ XOŞBƏXTLİYİ bəxş etmiş BÖYÜK ictimai xadimlərdirlər.
       Mən bu nəcib xanımlara həmişə Sülh Göyərçinləri deyə müraciət etmişəm.


       Əziz və sevimli Novella xanım, Səidə xanım, Səadət xanım sizi bir daha təbrik edir və sizə bahar təravətli uzun ömür arzulayıram !

          Dərin hörmətlə,          Əli İnsanov.
         18 mart 2023-cü il.