X QLOBAL BAKI FORUMUNUN ƏHƏMİYYƏTİ - 10.03.2023

X QLOBAL BAKI FORUMUNUN ƏHƏMİYYƏTİ.

Martın 9-da Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 10-cu Qlobal Bakı Forumu işə başladı.
Martın 11-dək davam edəcək Forumda : 4 Prezident, 2 Baş Nazir, 6 Spiker, BMT-ni təmsil edən 5 qurumun rəhbər işçiləri, 25 sabiq Prezident, 21 sabiq Baş Nazir, 23 ölkənin Xarici İşlər Nazirinin müavinləri olmaqla ümumilikdə 61 ölkədən 36 nümayəndə iştirak edir.
"Dünya bu gün : Çağırışlar və ümidlər" mövzusunda keçirilən Bakı Beynəlxalq Forumunda :
- Dünya nizamına təhdid yaradan amillər ;
- Təhlükəsizlik ;
- Qlobal sülhün təmin olunmasının perspektivləri ;
- Dayanıqlığın qurulması ....
O cümlədən, qarşıda duran və dünyanı sarsıdan münaqişələrin, təhdidlərin, iqlim, qida, nüvə təhlükəsizliyi məsələlərinin həlli yolları müzakirə olunacaq.
Forumda həmçinin : qlobal yoxsulluğun, bərabərsizliyin, məcburi miqrasiyanın qarşısının alınması və insanları narahat edən bir çox problemlərin aradan qaldırılması yolları müzakirə olunacaq.
Tədbir iştirakçıları Avropanın gələcəyi haqqında təsəvvürlərini bölüşəcək, ekstremizmin mənbəyini araşdıracaq, neqativ hallara qarşı mübarizə vasitələrini tapmağa çalışacaqlar.
Göründüyü kimi Azərbaycanda Beynəlxalq səviyyəli konfransların, forumların, tədbirlərin keçirilməsi ənənəvi xarakter alıb. Dünyanın taleyini, gələcəyini düşünən təcrübəli dövlət adamları ölkəmizi Qlobal məsələlərin həllinin müzakirə olunduğu ETİBARLI MƏRKƏZ kimi qəbul edirlər.
Ukraynanın sabiq prezidenti Yuşenko Azərbaycanın paytaxtı haqqında bu fikri səsləndirmişdir : " Bakı artıq dünyanın ən aktual problemlərinin müzakirə olunduğu siyasi Davosa çevrilib."
Məlumdur ki, Beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi məkan həmin ölkənin dövlət başçısının nüfuzunun göstəricisidir. Bu reallıqların etirafı Azərbaycan Prezidenti İlham Əliyevin dünya səviyyəli siyasətçi olmasının təsdiqidir.
Forum davam edir...

       HƏP İdarə Heyəti

       10 mart 2023-cü il.